Qonşuları Emin və Mehman Hüseynovların anası barədə: “Milliyyətcə erməni olduğunu bilirdik” | 1news.az | Xəbərlər
Cəmiyyət

Qonşuları Emin və Mehman Hüseynovların anası barədə: “Milliyyətcə erməni olduğunu bilirdik”

15:56 - 13 / 07 / 2020
Qonşuları Emin və Mehman Hüseynovların anası barədə: “Milliyyətcə erməni olduğunu bilirdik”

Xatirinizdədirsə, bu yaxınlarda saytımızda tanınmış bloger qardaşlar Emin və Mehman Hüseynovlar qardaşlarının anası ilə bağlı sensasiyalı məqalə dərc olunmuşdu.

Redaksiyamıza daxil olmuş müraciət əsasında hazırlanmış həmin məqalədə (Bax: Redaksiyaya məktub: Hüseynov qardaşlarının anasının erməni Yevgeniya Ovanesova olduğu ortaya çıxdı – FOTO – VİDEO) adıçəkilən qardaşların analarının - qızlıq soyadı Bədir-zadə olan Firəngiz İbrahimov qızı Hüseynovanın milliyyətcə erməni olması və əsl adının Yevgeniya Ovanesova olduğu qeyd olunmuşdu.

Həmin yazı saytımızda yayımlanandan az sonra Milli.az saytının əməkdaşı deyilənlərin doğru olub-olmadığını öyrənmək üçün Emin və Mehman Hüseynovlar qardaşlarının Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan qonşuları ilə görüşüb. Məlum oldu ki, həmin qonşular Hüseynov qardaşlarının sirr kimi saxladıqları məqamı, yəni mərhum Firəngiz Bədirzadənin milliyətcə ermənii olduğunu bilirlər.

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin sakini Həsənova Minayə Haqverdi qızı... O, Mehman və Emin Hüseynov qardaşlarını yaxşı tanıdığını deyir. Minayə müəllimə 141 saylı məktəbdə direktor müavinidir, rus dilini tədris edir. Mehman Hüseynova da dərs deyib.

“Mehman gilin ailəsi ilə yaxın münasibətimiz olmasa da, qonşuluq münasibətimiz olub. Biz Vüqar Quliyev küçəsində yaşayırıq, onların evi Fərman Kərimzadə küçəsindədir. Anası Firəngiz xanım əslən ermənidir, sonradan adını dəyişdirib. Buna o qədər də fikir verməmişik. Çünki qəsəbəmizdə bir çox millətin nümayəndələri yaşayır. O mərhum qadın təvazökar, sakit insan idi.

Mehman özü məni tanıyır. Müəllimi olmuşam, məktəbdə dərs demişəm, gözümüzüün qabağında böyüyüb”, - Minayə müəllimə deyib.

Məmmədov Elmar Telman oğlu da Mehman gilin ailəsi ilə qonşu olub.

“Mehman Hüseynovun ailəsini 1988-ci ildən tanıyırıq. Bizə özünü tatar kimi təqdim etmişdi. Sonra qonşuların dediklərindən anasının erməni qızı olduğunu öyrəndik”- deyə, E.Məmmədov bildirib.

Ağdam rayonundan məcburi köçkün Əliyeva Arzu Firudin qızı da Emin və Mehman Hüseynov qardaşlarınnı anasının milliyyətcə erməni olmasından xəbərdar olduğunu söyləyib.

“Mehman Hüseynovu və qardaşını körpəlikdən tanıyıram. Gözümüzün qabağında böyüyüblər. Anaları həqiqəən də milliyyətcə ermənidir. Qonşular da bunu bilirlər”- deyə, A.Əliyeva bildirib.

Qaraçuxur qəsəbəsinin digər sakini, Alı Cavad oğlu İbrahimov üçün də Hüseynov qardaşlarının mərhum analarının milli mənsubiyyəti sirr deyilmiş.

“Mehbalıyev, Kərimzadə küçəsinin sakinlərini bütünlüklə tanıyıram. Mehman Hüseynovu da yaxşı tanıyıram. Orada bir dostum var, əslən Gürcüstandan olan İsmayıl. Onun yanına gedib-gələndə görürdüm Mehmanı. Nə bilim, bir az xarab adamdı, deyiləsi adam deyil vallah. Anası erməni.. Heç özü bilmir hansı mənsəbə qulluq edir. Onların ailəsini yaxşı tanıyıram. Mehmanın anası erməni idi, vəfat etdi. Əvvəl böyük qardaş Emin qaçıb getdi xaricə, indi də Mehman ölkədən gedib. Nə bilim, müalicəyə getdiyini deyirmiş camaata”, - A.İbrahimov söyləyib.

1news.az

Paylaş:
1501

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər