Qubada karantin rejimini pozub toy etmək istədilər - Bəy polis şöbəsinə aparıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada karantin rejimini pozub toy etmək istədilər - Bəy polis şöbəsinə aparıldı

15:00 - 11 / 08 / 2020
Qubada karantin rejimini pozub toy etmək istədilər - Bəy polis şöbəsinə aparıldı

Qubada karantin rejiminin qaydalarını pozaraq toy mərasimi keçirmək istəyən şəxslər saxlanılıblar

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayonun Qəçrəş kəndi ərazisində yerləşən restoranların birində toy mərasimin keçirlidiyini aşkarlayıblar. RPŞ-nin əməkdaşları tərəfindən toy mərasimi dərhal dayandırılıb, restoranın sahibi Firdovsi Əliyev, bəy Alim Mirzəyev və 28 nəfər şəxs saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktiki söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. F.Əliyev, A.Mirzəyev və məclisdə iştirak edən digər şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin,za sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib olunaraq 200 manat məbləğində cərimə ediliblər.

Qafar Ağayev

Paylaş:
694

Son xəbərlər

Bütün xəbərlər