“Rədd ol buradan!”: Bakıda qonşular həkimlə birgə çinli turistlərin mənzilinə soxulublar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Rədd ol buradan!”: Bakıda qonşular həkimlə birgə çinli turistlərin mənzilinə soxulublar – FOTO

11:45 - 18 / 02 / 2020
“Rədd ol buradan!”: Bakıda qonşular həkimlə birgə çinli turistlərin mənzilinə soxulublar – FOTO

Çində yeni ölümcül virusun tüğyan etməsi başqa bir epidemiyaya da yol açmışdır: çinlilər və digər Asiya ölkələrindən olan şəxslər hər yerdə ayrı-seçkilik və ksenofobiya ilə üzləşirlər.

İnternetdə çinlilərin ünvanına aqressiya dolu çoxsaylı şərhlərə, bu xalqın yemək mədəniyyətinin 2 ay ərzində 70 min nəfərin yoluxduğu yeni ölümcül virusun meydana gəlməsinə səbəb olduğu ilə bağlı ittihamlara rast gəlmək olar. Bir çoxları fikirlərini ifadə edərkən etik çərçivəyə belə riayət etmirlər...

Lakin əgər kənardan bu gülməli görünürsə də, özünü bu cür “zarafat” və acı sözlərin ünvanlandığı şəxsin yerinə qoyduqda artıq məsələnin ciddi olduğunu anlayırsan...

Təəsüf ki, qədim tolerantlıq ənənələrinə malik Azərbaycan ictimaiyyətinin bəzi nümayəndələri də koronovirusdan “qorunmaq” üçün Çin və digər Asiya ölkələrindən olan şəxslərin təcrid edilməsi isteriyasından kənar qala bilməyib.

Fevral ayında rəfiqələri ilə Bakıya gəlmiş çinli qız başına gələn şok hadisə barədə redaksiyamıza məktub göndərib. Müəllif, həqiqətən qonaqpərvər şəxs olan və kömək etməyə çalışan mənzil sahibinin reputasiyasına xələl gətirməmək üçün anonim qalmağa üstünlük vermiş və məktubu “Çin virusu” kimi imzalamışdır.

Hadisənin həqiqətən baş verdiyini göstərmək üçün məktuba foto, ev sahibi ilə yazışmanın skrinşotu və qonşulara müraciət əlavə edilmişdir.

Məktubun müəllifi qeyd edir ki, Bakıda çoxlu sayda mehriban və xeyirxah insanlarla tanış olmuşdur. Lakin virus dünyada daha da yayıldıqca, o və yoldaşları emosiyalarını idarə etməyi öyrənməmiş uşaqların onların arxasınca “Virus...” deyə qışqırdıqları daha çox hadisələrlə rastlaşırlar.

“Əgər mənə fiziki təhlükə yoxdursa, çox vaxt fikir vermirəm. Mən “Media&Arts” ixtisası üzrə təhsil alıram və irqlər mövzusunda araşdırma aparmağı planlaşdırıram. Bu səbəbdən, asiyalı görünüşünə malik şəxslərin virusla assosiasiya olunması kimi bu cür təcrübənin mənim gələcək araşdırmalarım üçün həqiqətən faydalıdır”, - deyə qız optimistcəsinə yazır.

Lakin ötən həftənin cümə axşamı, fevralın 13-də başına gələn hadisə mümkün çərçivələri aşmışdır.

Məktubun müəllifi yazır ki, əvvəlki mənzilin kirayə müddəti başa çatdığına görə rəfiqələri ilə birlikdə D.Əliyeva küçəsində yerləşən başqa bir mənzilə köçməli olublar. Burada onların qonşuları yaşlı cütlük imiş. Daha sonra qız alış-veriş etmək üçün mağazaya getmək istədikdə, blokda güclü dezinfeksiyaedici vasitələrin qoxusunu hiss edir. Yəqin ki, qonşular təcili surətdə bloka əl gəzdirmək qərarına gəlmişdilər. Qapının ağzında yaş xalça sərilmişdi (yəqin ki, təzə qonşu üçün nəzərdə tutulubmuş).

“Onlar qapının arasından mənə nəsə qışqırdılar. Başa düşmədiyimi gördükdə isə, qadın “Çıx get burdan” deyirmiş kimi əl işarəsi etməyə başladı”, - deyə qız yazır.

“Filmlərdə görmüsünüz almanlar sıra ilə hərəkət etmələri üçün yəhudilərə necə əllə işarə edirlər? Həmin an özümü filmdəki kimi hiss etdim”, - o yazır.

Növbəti gün, fevralın 14-də müəllifimizin 2 rəfiqəsi şəhərə çıxmış, o isə, mənzildə tək qalmışdır. Qızlar 10 dəqiqədən sonra gələcəkləri barədə xəbər verdikdə, qız narahat qonşuları barədə unudaraq qapını açıq qoyur.

Az sonra həmin cütlük “sözün həqiqi mənasında içəri soxulur”. Qız qapıya çatmağa imkan tapmamış onların artıq içəridə olduğunu görür. Özləri ilə gətirdikləri digər yaşlı qadının da həkim olduğu məlum olur. Bu 3 nəfərin heç biri ingiliscə bilmirdi.

Fotoda:  qızın qonşuları həkimlə birlikdə

“Mən pulsuz tibbi müayinənin əleyhinə deyiləm, lakin bu insanların kimisə məcbur etmək hüququ yoxdur. Digər tərəfdən, heç olmasa mənimçün peşəkar həkim gətirə bilərdilər”, - deyə qız zarafatca yazır.

Bu hələ son deyil...

“Onlar məni tutmağa çalışdılar. 20 yaşım olmasına baxmayaraq, onları itələyib mənzildən çıxarmaq üçün özümdə kifayət qədər güc tapa bildim. Ev sahibi gələnədək keçən 20 dəqiqə ərzində qonşular qapı arxasından qışqırmaqda davam edirdilər...”, - o yazır.

Artıq məktubun müəllifi və onun 2 rəfiqəsi yeni bir mənzilə köçüblər, lakin bu gözlənilməz “qarşılanma”dan sonra özlərinə gəlmək üçün yəqin ki, biraz vaxt lazım olacaq.

“Bu, Azərbaycana səfərimizin ən yaddaqalan hadisəsi olaraq qalacaq”, - qız məktubunun sonunda yazır.

Vidalaşma məqsədilə qız qonşuları üçün məktub yazmış və onu onlayn tərcümə proqramı vasitəsilə Azərbaycan dilinə tərcümə etmişdir. Burada o qeyd edir ki, qonşu qadın yəqin ki, artıq ksenofobiya adlı virusa yoluxmuşdur.

“Heç nəyə baxmayaraq, azərbaycanlıları öz ölkəmdə gördükdə, yenə də onlara gülümsünəcəyəm. Çünki, insanlar virus deyil”, - o qonşularına müraciətində yazır. 

Fotoda: ev sahibi ilə yazışma və qonşulara müraciət

Bu cür xoşagəlməz hadisələr təkcə Azərbaycanda baş vermir. Nəyin bahasına olursa olsun virusdan “qorunmaq” istəyərkən hətta ən ziyalı şəxslər belə bəzən “həddini aşır” və özünü yolverilməz şəkildə aparır.

Məsələn, BBC-nin verdiyi məlumata görə, Tallində 2 çinli turistin otaqdan nadir hallarda çıxmasından şübhələnən otel əməkdaşının təcili tibbi yardım xidmətinə zəng etməsindən sonra turistlər xəstəxanaya aparılıblar. Lakin şübhələr əsassız imiş: hər iki turistin tam sağlam olduğu məlum olmuşdur.

Yaxud, Kazan şəhərində yerləşən hosteldə asılmış elanda yaxın zamanlarda Çindən gəlmiş çinlilərin otelə girişinin qadağan olunduğu qeyd edilmişdi. Lakin daha sonra hostel rəhbərliyi bunun “irqçilik”lə əlaqəsinin olmadığını bəyan etmişdir.  

York universitetinin professoru Rocer Keyl hesab edir ki, irqçilik demunizasiyanın əsas hərəkətverici qüvvələrindən biridir. Onun sözlərinə görə, cəmiyyətdə əhalinin ayrı-ayrı qrupları ilə xəstəliklər arasında əlaqə qurulduqda, “damğalı qrupu təhlükə obrazından fərqləndirmək demək olar ki, qeyri-mümkün olur”.

Bu cür irqçiliyin fəsadları xəstəliyin tüğyan etməsindən daha dağıdıcı və uzunmüddətli ola bilər.

“Hansısa ölkədən olan insanlardan qaçmaq, yaxud, məsələn, Çin yeməkxana və restoranlarına getməmək əvəzinə yaxşı olar ki, əllərinizi yuyub gigiyena qaydalarına riayət edəsiniz. İnsanlığınızı itirməyin”, - o fikrini tamamlayır.

Unutmayaq ki, Azərbaycana Çindən gəlmiş şəxslərdə virusun simptomlarının olub-olmaması yoxlanılır və lazım gələrsə, karantinə göndərilirlər.

Yelena Stepanenko, E.T.

Paylaş:
992

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər