Respublika Diaqnostika Mərkəzində xarici mütəxəssislərin iştirakı ilə konfrans keçirilib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Respublika Diaqnostika Mərkəzində xarici mütəxəssislərin iştirakı ilə konfrans keçirilib – FOTO – VİDEO

09:45 - 13 / 11 / 2019
Respublika Diaqnostika Mərkəzində xarici mütəxəssislərin iştirakı ilə konfrans keçirilib – FOTO – VİDEO

Bu günlərdə Bakıda yerləşən, ən yaxşı çoxprofilli tibbi mərkəz və klinikalardan biri olan Respublika Diaqnostika Mərkəzində böyük tibbi konfrans baş tutub.

“Ginekologiyada təkmilləşmiş endoskopik cərrahiyyə - Effektiv olmağın və fəsadların qarşısını almağın yolları” adlı bu konfransda iştirak etmək üçün Bakıya xarici mütəxəssislər dəvət olunub. Professor Revaz Botçorişvili və professor Laura Kapuşeva əsas qonaqların siyahısında yer alıblar.

Sözügedən mütəxəssislər Respublika Diaqnostika Mərkəzində 2 gün ərzində çoxsaylı mühazirələr oxuyub müxtəlif növ laparoskopik və histeroskopik əməliyyatlar həyata keçiriblər. Konfransın ilk günü sırf nəzəri mövzulara həsr olunsa da, növbəti gündə 3 çoxmərhələli əməliyyat icra edilib. Həmin əməliyyatlar canlı şəkildə konfrans iştirakçılarına nümayiş olunub.  Bir neçə saat davam edən canlı əməliyyatların hər biri uğurla başa çatdırılıb.

Qeyd edək ki, Respublika Diaqnostika Mərkəzi növbəti ildə də bu tip konfrans və master-klasslar keçirməyi planlaşdırır.

Reklam hüququnda

 

Paylaş:
1274

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər