Respublika fənn olimpiadalarının qalibləri bəlli oldu - Nazirdən TƏBRİK | 1news.az | Xəbərlər
Cəmiyyət

Respublika fənn olimpiadalarının qalibləri bəlli oldu - Nazirdən TƏBRİK

15:22 - 01 / 07 / 2020
Respublika fənn olimpiadalarının qalibləri bəlli oldu - Nazirdən TƏBRİK

Respublika fənn olimpiadalarının qalibləri müəyyən olunub.

Təhsil Nazirliyindən 1news.az-a bildirilib ki, olimpiadanın nəticələrinə görə, 55 nəfər qızıl, 105 nəfər gümüş, 160 nəfər bürünc olmaqla ümumilikdə 320 nəfər qalib elan edilib.

Qaliblər ölkəmizin 42 şəhər və rayonundan olmaqla 158 ümumi təhsil müəssisəni əhatə edir. Onlardan 101 nəfəri qız, 219 nəfəri isə oğlandır.

Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 10 qızıl medalçı – “Birincilərin birinciləri” nominasiyasına layiq görülüb.

Təhsil naziri Ceyhun Bayramovun Respublika fənn olimpiadalarının qaliblərini təbrik edib.

Təbrik mətnini təqdim edirik:

“Əziz Respublika fənn olimpiadalarının qalibləri,

Sizi qazandığınız uğur münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək təhsilinizdə sizə yeni nailiyyətlər arzu edirəm.

Mövcud pandemiya şəraiti bir çox planlarımızın, görəcəyimiz işlərin təxirə düşməsinə səbəb oldu. Amma biz bu şəraitdən də müəyyən çıxış yolları tapdıq. Pandemiya dövründə yaşanan çətin günlərdə qazandığınız uğurlar bizi çox sevindirdi. Şübhəsiz ki, uğurlara sahib olmağınızda yüksək fədakarlıq göstərən müəllimlərimizin əməyi də danılmazdır. Bu günlərdə mövcud imkanlar səfərbər edildi, hər kəs təhsilimiz üçün böyük səy göstərdi.

Ölkəmizin sizin kimi parlaq zəkaya sahib övladlarının olduğunu bilmək gələcəyə inamımızı daha da artırır. Mən çox şadam ki, siz bu günlərdə ruhdan düşmədiniz və daha da əzmlə çalışaraq böyük nailiyyət əldə etdiniz. Gələcək sizin ağlınızda, zəkanızda və çalışqanlığınızdadır.

Hər birinizi bir daha qalib olmağınız münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayıram”.

Qafar Ağayev

Paylaş:
515

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər