Rusiyaya işləməyə gedənlərin nəzərinə! - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyaya işləməyə gedənlərin nəzərinə! - VİDEO

12:05 - 16 / 09 / 2020
Rusiyaya işləməyə gedənlərin nəzərinə! - VİDEO

Rusiyada miqrasiya məsələləri üzrə yeni federal qanun layihəsi hazırlanır.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, layihəyə əsasən ölkəyə işləmək üçün gələn əcnəbilər üçün qaydalar sərtləşdirilir. Sözügedən qanunvericilik aktı qəbul edilərsə əcnəbilər sabit avans vergisini ödəməli olacaqlar. Qaydaları pozanların işləmələrinə icazə verilməyəcək. Hətta onların Rusiyadan deportasiya edilməsi də gündəmdədir. Azərbaycandan bu ölkəyə işləməyə gedənlərin sayının çoxluğunu nəzərə alsaq, məsələ bizim vətəndaşlarımız üçün də aktualdır.

Rusiyanın Daxili İşlər Nazirliyi ölkəyə işləməyə gələn əcnəbilər üçün sabit avans vergisinin tətbiq olunmasını təklif edib.

Qanun layihəsinə əsasən, əmək fəaliyyətinə başlayan miqrantlara 15 gün ərzində vergi ödəmək tələbi qoyulacaq. Əks təqdirdə qanunu pozan əcnəbilərin sözügedən ölkədə işləmələrinə icazə verilməyəcək. Həmçinin belə şəxslərin Rusiyadan deportasiya olunmaları da gündəmə gətirilib. İşləmək üçün ölkəmizdən Rusiyaya gedənlərin çoxluğunu nəzərə alsaq, qanun layihəsi Azərbaycan ictimaiyyəti üçün də kifayət qədər önəm kəsb edir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyir ki, dəyişikliklər həm də miqrasiya prosesini çətinləşdirmək məqsədi daşıyır.

Sahib Məmmədovun sözlərinə görə, nəzərdə tutulan avans vergisi ölkədə işləmək üçün icazə sənədinə bərabər tutulacaq.

Layihədə əcnəbilər üçün şəxsi məlumatları daşıyan identifikasiya kartlarının buraxılması və miqrantları işə cəlb edən sahibkarların reyestrinin yaradılması nəzərdə tutulur.

1news.az

Paylaş:
496

Son xəbərlər

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36
Bütün xəbərlər