Salvador Dalinin rəsm əsəri şəxsi qalereyadan oğurlanıb | 1news.az | Xəbərlər
Dünya

Salvador Dalinin rəsm əsəri şəxsi qalereyadan oğurlanıb

17:25 - 16 / 10 / 2019
Salvador Dalinin rəsm əsəri şəxsi qalereyadan oğurlanıb

ABŞ-ın San-Fransisko şəhərindəki şəxsi qalereyadan Salvador Dalinin "Yanan zürafə" qravürası oğurlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu sənət əsərinin qiyməti 20 min dollardır.

Qeyd olunur ki, naməlum şəxsin qravüranı oğurlamasının videomüşahidə kameralarında qeydə alınmış görüntüsü artıq sosial şəbəkələrdə yayılıb. Həmin şəxs qalereya binasına daxil olub və cəmi 32 saniyədən sonra əlində həmin sənət əsəri ilə oranı tərk edib. Qalereyanın direktoru Anjela Kellet bildirib ki, şübhəli şəxsin binadakı əməkdaşın diqqətini yayındıran cinayət şərikinin olması da ehtimal edilir.

Salvador Dalinin 50x60 santimetr olan qravürası molbertə bərkidilməli imiş, lakin həmin məqamda tablonu saxlayan kətan tapmaq mümkün olmayıb. Məşhur rəssam onu 1966-cı ildə çəkib.

San-Fransisko polisi cinayətlə bağlı məlumatı olan şəxslərdən anonim qalmaq şərti ilə polis departamentinə zəng etməyi xahiş edib.

1news.az

Paylaş:
680

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər