Sədaqət Vəliyeva: Hər evdən çıxma infeksiyaya yoluxma və ölüm deməkdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sədaqət Vəliyeva: Hər evdən çıxma infeksiyaya yoluxma və ölüm deməkdir

16:34 - 31 / 03 / 2020
Sədaqət Vəliyeva: Hər evdən çıxma infeksiyaya yoluxma və ölüm deməkdir

Hava-damcı yolu ilə insanların yoluxduqları xəstəliklər həyat üçün təhlükəli olur. Xüsusilə də, bu gün yeni növ koronavirus insanlarımızın, cəmiyyətimizin sağlamlığına çox böyük təhdiddir. Ona görə də, vətəndaşlarımız maksimum qaydada diqqətli olmalı, karantin qanunlarına riayət etməli, özləri, ailələri və cəmiyyətimiz qarşısında məsuliyyətlətini dərk etməlidirlər.

1news.az bildirir ki, bunu Trend-ə 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, bəlkə də elə insanlar ola bilər yoluxucu-infeksion xəstəliklə mübarizənin mahiyyətini səthi anlasınlar. Amma bir virus hava-damcı yolu ilə insana yoluxursa, hətta gözlərdən belə yoluxma baş verirsə, demək ki, hansı təhlükə ilə qarşı-qarşıya durduğumuzu bir daha başa düşmək lazımdır. Qırx ildir vərəm sahəsində çalışan həkim kimi bu cür virusların, xəstəliklərin nə qədər təhlükəli və təhdid olduğunu çox yaxşı anlayıram:

"Proseslərin təhlili onu göstərir ki, koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər. Çünki ölkə və vətəndaşlar real təhkükə mərhələsinə qədəm qoyub. Yoluxma və ölümlərin sayı artır, bundan sonra da çoxalacağı ehtimal olunur. Ona görə də, hər bir insan özünü və ətrafını qorumalıdır.

Hər kəs bilməlidir ki, hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm deməkdir. Hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu xəstələnmək və öz həyatını, ətrafını risk altına atmaq deməkdir. Bir həkim olaraq hər bir vətəndaşımızdan xahiş edirəm ki, ehtiyac olmadığı təqdirdə evdən çıxmasınlar, karantin qaydalarına əməl etsinlər. Bu ümumbəşəri bəladan xilas olmağın yolu evdə qalmaqdır, qorunmaqdır".

1news.az

Paylaş:
730

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər