Şəhid ailəsi üzvləri, qazi və digər həssas qruplar sosial-psixoloji dəstəklə əhatə edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid ailəsi üzvləri, qazi və digər həssas qruplar sosial-psixoloji dəstəklə əhatə edilir

11:13 - 13 / 01 / 2021
Şəhid ailəsi üzvləri, qazi və digər həssas qruplar sosial-psixoloji dəstəklə əhatə edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial dəstək tədbirlərinin bir istiqaməti də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçılarının, onların yaxınlarının, müharibədən zərər çəkənlərin sosial-psixoloji dəstəklə təmin edilməsidir.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, ötən il noyabrın 18-dən Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin psixoloq və psixiatrlarından ibarət qrupları qeyd edilən kateqoriyalardan olan 2440 ailəyə səfər ediblər.

İlkin sorğular əsasında ailə üzvlərindən psixoloji problemləri olanlar müəyyənləşdirilib. Onlarla seanslar təşkil edilərək psixokorreksiya işləri aparılır. Bir hissəsi ödənişsiz dərman preparatları ilə də təmin olunub. Eləcə də, Agentliyin 5 psixoloqla fəaliyyət göstərən “Onlayn psixoloji dəstək xidməti”nə (050 406 75 85) daxil olan 600-ə yaxın zəngdən 400-dək zəng üzrə evlərə gedilərək əyani şəkildə psixoloji dəstək göstərilib.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində isə 12-si şəhid və yaralı hərbçilərin uşaqları olmaqla 250 şəxsə sosial-psixoloji xidmətlər göstərilib. Bakı Sağlamlıq Mərkəzində müalicə alan 50-dək hərbçidən ehtiyacı olan 17 hərbçi, habelə Sərhəd Qoşunları Hospitalından 11 hərbçi də Agentlik tərəfindən sosial-psixoloji reabilitasiyaya cəlb edilib.

S.Xankişiyeva

 

Paylaş:
430

Son xəbərlər

Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04
Bütün xəbərlər