Emin Əmrullayev: Qarabağ Universitetində tələbə sayı 3 500-ü ötəcək
“Qarabağ Universiteti ilə bağlı bu ilki yaxşı xəbərlərimiz ondan ibarətdir ki, ümumilikdə artıq tələbə sayımız təxminən 3,500-ə çatacaq bu il, onu ötəcək”.
1news.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.
“Bu il 49 ixtisas üzrə 1235 tələbə qəbul olunub. Onların təxminən yarısı 500 və daha yüksək bal toplayan tələbələrdir. Bu, cəmi üçüncü tədris ilinə başlayan bir təhsil müəssisəsi üçün yaxşı xəbərdir və gələcəkdə bu istiqamətdə daha yaxşı nəticələr göstəriləcək. Həm say, həm keyfiyyət baxımından Qarabağ Universiteti ötən illərə nisbətən daha yaxşı nəticələr göstərib. Belə ki, təkcə 600 baldan çox toplamış tələbələrin sayı 2025-26-cı illə nisbətdə 1.5 dəfə, 2024-2025-ci tədris ili ilə müqayisədə 2 dəfə artıb. İnanırıq ki, bu dinamika davamlı olacaq və Qarabağ Universiteti həm Azərbaycanın, həm də regionun qabaqcıl universitetlərindən birinə çevriləcəkdir”.












