“Biz Çini qabaqlayırıq” - Tramp
ABŞ Prezidenti Donald Tramp süni intellektin (Aİ) qabaqcıl modellərinin hazırlanmasının ləngidilməsinə qarşı çıxıb.
1news.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ şirkətləri süni intellekt sahəsində liderlik uğrunda yarışda Çinə uduzmamalıdır.
“Biz süni intellekt sahəsində Çini qabaqlayırıq. Biz dünyanın ən qabaqcıl ölkəsiyik və açığını desəm, belə də qalmağımızı üstün tutardım. Çünki süni intellekt sahəsində kim qalib gəlsə, nəticədə qalib gələn də o olacaq”, – deyə ABŞ Prezidenti bildirib.
46












