Emin Əmrullayev: Müəllimlik ixtisaslarına qəbul yerləri 3 690 nəfər azaldılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Emin Əmrullayev: Müəllimlik ixtisaslarına qəbul yerləri 3 690 nəfər azaldılıb

First News Media16:08 - Bu gün
Emin Əmrullayev: Müəllimlik ixtisaslarına qəbul yerləri 3 690 nəfər azaldılıb

“​​​Ali məktəblərimiz üzrə, yəni magistratura və bakalavr üzrə 76 min nəfər qəbul olunub”.


1news.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.


“Bunlardan təxminən 64,500 nəfər və ya 64,469 yer və onun təxminən yarısı – 30,235 yer dövlət sifarişilidir. Magistraturada 18,384 yer təqdim olunub və müəllimlik ixtisaslarında daha aşağı saylara enirik — 7,540 nəfər. Əvvəlki illərdə bu 10-12 min idi. Bizim inandığımız bundan ibarətdir ki, müəllim ixtisaslarına qəbulda sayları azaltmaqla keyfiyyəti artıra bilərik.

Bizim üçün zəruri sayda, yəni sistemə nə qədər müəllim lazımdırsa, o qədər müəllim hazırlanmasının tərəfdarıyıq, nəinki kütləvi müəllim hazırlığı. 2022-2023-cü ilə nəzərən 3,690 yer azaltmışıq. Yəni həmin illərdə biz təxminən 11 minin üzərində rəqəmdən danışırdıq. Bizim bu sayları azaltmağımızda əsas səbəblərdən və yaxud əsas müşahidələrimizdən biri də ondan ibarətdir ki, bir çox ali təhsil müəssisələrinə aşağı balla qəbul olan, müəllimlik ixtisaslarına qəbul olan tələbələr məzun olduqdan sonra bizim MİQ imtahanında heç minimal balı toplaya bilmir”.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər