Nazir: “Şagird sayı 40-dan çox olan cəmi 600 sinif var” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Şagird sayı 40-dan çox olan cəmi 600 sinif var”

First News Media16:45 - Bu gün
Nazir: “Şagird sayı 40-dan çox olan cəmi 600 sinif var”

“​​​​​Ölkə üzrə 80 min sinif var. Şagirdlərinin sayı 40-dan yuxarı olan 600 sinif var, bu da o siniflərin heç 1%-ni təşkil etmir”.


1news.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.


“Qonşu  məktəbdə yer var, amma valideyn israrla öz övladını məhz filan müəllimin sinfində görmək istəyir. Yəni valideynin seçimi var ki, onun uşağı 43-cü, 45-ci və yaxud da 47-ci uşaq olmasın, digər sinifdə 22-ci uşaq olsun. Bu artıq mənə görə subyektiv səbəbdir. Axı sizin yaşadığınız yerə yaxın məktəbdə yer var, amma siz qərar vermisiniz ki, öz övladınızı avtomobilə mindirib şəhərin mərkəzində böyük bir məktəbə gətirəcəksiniz.
​Niyə görə mən burada müəyyən mənada daha rahat danışıram? Çünki əlimdə olan məlumatlar onu göstərir ki, Bakıda yerləşən bütün məktəblərdə əlaçı uşaqlar da var, zəif oxuyan uşaqlar da var. Yəni məktəb həmişə sizin evinizin yanındakı məktəb yaxşıdır.
Sıxlıq iki halda problem olur: Birincisi, əhali çox sıx yaşayır, yaxınlıqdakı məktəbin həcmi isə balacadır. Burada korpuslar, binalar tikilməlidir. İkincisi, məsələ məktəb seçimi ilə bağlıdır. Bu halda biz valideynlərə tövsiyə edirik ki, yaxınlıqda olan daha az sıxlığı olan məktəbə müraciət etsinlər”.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər