Emin Əmrullayev: Ali təhsildə beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsi genişləndirilir
“Başqa bir məsələ də ali təhsil istiqamətində beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsinin genişlənməsidir”.
1news.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.
“Bu istiqamətdə mövcud layihələrimiz davam edir. Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universitetində aqromühəndislik istiqamətində ikili diplom proqramı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Vorvik Universiteti arasında energetika mühəndisliyi, Dövlət Pedaqoji Universiteti ilə Corc Vaşinqton Universiteti arasındakı təhsil menecmenti, ADA Universiteti ilə yenə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında kompyuter elmləri və energetika mühəndisliyi sahəsindəki proqramlarımız davam etdirilir. Bu ildən isə əlavə olaraq Qarabağ Universitetində İstanbul Texnik Universiteti ilə birlikdə bir neçə mühəndislik ixtisaslarının birgə tədrisinə də başlamışıq












