Emin Əmrullayev: 356 mindən çox məzun attestat və diplomunu “myGov”dan elektron formada alıb
“Bu ilin vacib dəyişikliklərindən biri budur ki, 356 mindən çox məzun ilk dəfə atestat və diplomunu myGov platforması vasitəsilə elektron formada alıb”.
1news.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında deyib.
“Bu bizə iki şeydə kömək edir: biri sürətli prosesi tənzimləmək, o cümlədən prosesdə şəffaflığı artırmaq. Çünki faktiki olaraq sənədlər insanların aidiyyəti fərdi kodlarına daxil edilməklə myGov platformasında əldə olunmalıdır. Yəni gedib kimsə öz attestatını, öz diplomunu götürməyə ehtiyac yoxdur. Və eyni zamanda, sənədlərin dürüstlüyü, sənədlərin düzgünlüyü, yəni hansısa formada saxta sənədlərin gələcəkdə qarşısını almağa da kömək edir”.
50












