Sevinc Fətəliyeva: Yaranmış vəziyyətə görə işğalçı Ermənistanla yanaşı Minsk qrupu da  məsuliyyət daşımalıdır | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Yaranmış vəziyyətə görə işğalçı Ermənistanla yanaşı Minsk qrupu da  məsuliyyət daşımalıdır

19:43 - 13 / 07 / 2020
Sevinc Fətəliyeva: Yaranmış vəziyyətə görə işğalçı Ermənistanla yanaşı Minsk qrupu da  məsuliyyət daşımalıdır

“Ermənistan işğalçı siyasətini davam etdirmək üçün bütün vasitələrə əl atır. İyulun 12-də Tovuz istiqamətində mövqelərimizin atəşə tutulması və hücum edilməsi işğalçı Ermənistanın növbəti təxribatı idi və onun Dağlıq Qarabağ probleminin həllində maraqlı olmadığı göstərir. Ermənistan münaqişəyə son qoyulmasına və sülhün əldə edilməsinə qarşı növbəti təxribatını həyata keçirdi”.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Ermənistan uzun illərdir işğalçılıq siyasətini davam etdirir. İşğal faktı nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma yurdlarında yaşamaq hüququndan məhrum edilib. Bu işğal siyasətinin davam etməsi qəbulolunmazdır. Onun sözlərinə görə, Ermənistan son təxribatı ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar, həm də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclası zamanı mövcud vəziyyətə münasibət bildirib. Dövlət başçısının dediyi kimi, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, qarşı tərəfə adekvat cavab verilib. Cənab Prezidentin söylədiyi kimi, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər.

“Əlbəttə ki, bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Digər tərəfdən Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu, güclənən mövqeyi dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllində də ölkəmizin üstünlüyünü artırır. Bu gün bütün dünya dövlətləri və beynəxlaq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Eyni zamanda, bəşəriyyətin üzləşdiyi pandemiya ilə mübarizədə Azərbaycan mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir və bu təşəbbüslər dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Təbii ki, bu amillər işğalçı Ermənistanı çox qıcıqlandırır. Bu həm də o deməkdir ki, Azərbaycanın dünyada artan nüfuzu qarşısında Ermənistan daha da zəifləyir”-deyən, S.Fətəliyevanın fikrincə, Ermənistanda daxili vəziyyət də kifayət qədər gərgindir və Nikol Paşinyan bu kimi təxribatlara əl atmaqla diqqəti daxili problemlərdən yayındırmağa çalışır.

“Hesab edirəm ki, münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri obyektiv mövqe ortaya qoymalı və öz fəaliyyətində beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrə əsaslanmalıdır. Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən kifayət qədər narazıdır və belə davam edərsə, Minsk qrupunun səmərəliliynə heç bir inam qalmayacaq. Əgər həmsədrlər həqiqətən münaqişənin həllinə nail olmaq istəyirsə işğalçı Ermənistana təzyiqlər göstərilməlidir. Əks halda, yaranmış gərginliyə görə, Ermənistanla yanaşı Minsk qrupunun həmsədrləri də məsuliyyət daşımalıdır”-deyə, S.Fətəliyeva vurğulayıb.   

S.Xankişiyeva

Paylaş:
620

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər