Super Ailə – Samsung ailəsidir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Super Ailə – Samsung ailəsidir

10:30 - 18 / 04 / 2019
Super Ailə – Samsung ailəsidir

Samsung sırf Azərbaycan üçün çəkilmiş yeni reklam çarxını təqdim edib.

Qeyd edilən çarxın əsas üstünlüyü burada sadə Azərbaycan ailəsinin çəkilməsidir ki, bu səbəbdən videoda darıxdırıcı “quru” sözlərə, təmtərahlı təqdimata və süni emosiyalara rast gəlinmir. Reklam çarxı olduqca səmimi və təbii təəssürat bağışlayır.

Videonun ilk kadrlarından aydın olur ki, çarxın sadəliyi özündə məişət texnikasının konseptini əks etdirir. Belə ki, Samsung ilk növbədə rahatlığınızı təmin edən cihazlar istehsal edir. Beləliklə, burada Anti Tangle turbinli tozsoran təqdim edilib ki, təmizlik prossesinin əvvəlindən sonuna kimi dəyişməz sovurma gücünü təmin edir. Turbinin sadə işləmə prossesi mərkəzdənqaçan qüvvə üzərində qurulub. Xüsusi pərlər əks istiqamətdə hava burulğanı yaradaraq, saç topalarının və çirkin turbinin barmaqlıqları üzərində toplanmasının qarşısını alaraq, tullantıların birbaşa konteynerin dibində yığılmasına kömək edir. Anti Tanglе turbinli Samsung tozsoranları təmizliyə az vaxt sərf edərək, yaxınlarınıza daha çox zaman ayırmanızı təmin edir.

Yuxarı dondurucu kameralı və  Twin Cooling Plus™ sistemli yararlı Samsung soyuducusu, kamera daxilində 70% rütubəti təmin edərək məhsulların təravətli qalması üçün əlverişli şərait yaradır. Məhsullarınızın faydalı xüsusiyyətlərinin uzun müddət qorunub saxlanılması üçün soyuducuda hərarətin tənzimlənməsi sistemin eyni zamanda iki ayrı hava axınından istifadə etməsi sayəsində mümkün olur. Belə ki, buna misal olaraq, istədiyiniz zaman dondurucu kameranı saxlama kamerasına çevirə bilərsiniz. 

Çarxda istifadə edilən mikrodalğalı soba ilə, nəinki yeməkləri bərabər şəkildə qızdıra, həm də dadlı təamlar hazırlaya bilərsiniz. Samsung mikrodalğalı sobaları sözün əsl mənasında sizə dadlı yeməkləri hansı iqrediyenlərdən istifadə edərək və necə bişirəcəyiniz haqqında ətraflı məlumat verir. Belə ki, soba qəlyanaltı, nahar və şam yeməklərindən ibarət hazır menyu ilə təchiz olunub.

Burada həmçinin, paltaryuyan maşın simasında Samsung Add Wash köməkçiniz də qeyd edilib. Sözügedən paltaryuyan maşının quruluşu olduqca maraqlı, istifadəsinin isə asan olması səbəbindən evinizi, hətta kiçik sakinləri belə paltar yumaqda sizə sevə-sevə kömək edəcək. Paltaryuyan maşınının konstruksiyası qapı üzərinə yerləşdirilmiş əlavə lyukdan ibarətdir. Əlavə “qapının” köməyi ilə, sadəcə PAUSE düyməsini basaraq, unutduğunuz geyimləri əsas yuma prossesinə əlavə edə bilərsiniz.

Samsung şirkətinin yeni çarxı yüksək texnologiyaları sizin rahatlığınız üçün istifadə edildiyini vurğulayaraq, Super Ailənin - Samsung ailəsi olduğunu bir daha təsdiq edib.

Reklam hüququnda

 

Paylaş:
756

Son xəbərlər

Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10
Bütün xəbərlər