1news.az

Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

11 Dekabr saat 16:24 ~ 1 dəqiqəlik oxu 2680
Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Təhsil naziri Ceyhun Bayramov dekabrın 20-də saat 10.00-da Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Xızı, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək qəbulda Xızı rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Təhsil Nazirliyindən 1news.az-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar dekabrın 11-dən 17-nə kimi (saat 18.00-dək) bu qurumun Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net