TOPAZ koronavirusla mübarizəyə 500 000 manat ayırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

TOPAZ koronavirusla mübarizəyə 500 000 manat ayırdı

11:20 - 24 / 03 / 2020
TOPAZ koronavirusla mübarizəyə 500 000 manat ayırdı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir.

Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru olan “Caspiantech” QSC (“Topaz” bukmeyker şirkəti) öz növbəsində fondun hesabına virusla mübarizə məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.

Azərbaycanda idmanın müxtəlif növlərinin inkişafına layiqli töhfələr vermiş şirkətin fəaliyyəti əsasən beynəlxalq miqyaslı idman tədbirlərinə əsaslanır və bugünkü gündə onların hamısı təxirə salınsa belə, pərakəndə sektorunun iştirakçısı olan “Caspiantech” QSC korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Azərbaycanda qlobal pandemiyaya qarşı aparılan tədbirlərə dəstək göstərməyi özünə borc bilir.

“Topaz” şirkəti bu çətin dövrdə hamıya can sağlığı arzulayır və bütün insanları virusdan qorunmaq üçün lazımi tədbirlər görməyə çağırır.

Reklam hüququnda

Paylaş:
457

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər