Serbiya prezidenti vəzifəsindən istefa verəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Serbiya prezidenti vəzifəsindən istefa verəcək

16:08 - Bu gün
Serbiya prezidenti vəzifəsindən istefa verəcək

Serbiya Prezidenti Aleksandr Vuçiç BMT Baş Assambleyasının iclasından qayıtdıqdan sonra, sentyabrın 25-26-da dövlət başçısı vəzifəsindən istefa verəcəyini açıqlayıb

1news.az bildirir ki, bu barədə Serbiyanın “Politika” qəzeti xəbər verir

Vuçiç çərşənbə günü parlamentin – Skupşinananın buraxılması və növbədənkənar parlament seçkilərinin oktyabrın 25-də keçirilməsi ilə bağlı fərmanlar imzalayıb. Onun prezidentlik səlahiyyətlərinin müddəti 2027-ci ilin yazında başa çatır. Vuçiç daha əvvəl istefa verməyə hazırlaşdığını bildirmişdi. Qanunvericiliyə əsasən, prezidentin istefasından sonra yeni seçkilər 90 gün ərzində keçirilməlidir.

Vuçiç cümə günü jurnalistlərə açıqlamasında bildirib: “Nyu-Yorkdan qayıdan kimi, sentyabrın 25-də və ya 26-da istefa verəcəyəm. Bundan sonra seçki kampaniyasına adi vətəndaş kimi qoşulacağam”.Hakim Serb Tərəqqi Partiyasının (SPP) rəhbərliyi sentyabrın əvvəlində keçirilən toplantıda Vuçiçin qarşıdakı parlament seçkilərində baş nazir vəzifəsinə namizəd olmasını dəstəkləyib.

Serbiyada növbədənkənar seçkilərin keçirilməsini tələb edən əsas qruplar arasında tələbə etirazçıları və müxalifət tərəfdarları da olub. Etirazlar 2024-cü il noyabrın 1-də Novi-Sad şəhərindəki dəmiryol vağzalında örtüyün çökməsindən sonra başlayıb.

Sonuncu etiraz aksiyası mayın 24-nə keçən gecə Belqradda keçirilib. Aksiya zamanı nümayişçilərlə polis arasında toqquşma baş verib. Hadisə nəticəsində 17 polis əməkdaşı xəsarət alıb, 47 nəfər isə saxlanılıb.

Ayxan Məlikzadə

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər