Belarus müharibəyə hazırlaşır? - Lukaşenkodan açıqlama
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə ordusunun döyüş hazırlığının yoxlanılması prosesinin davam etdiriləcəyini açıqlayıb.
1news.az bildirir ki, bu barədə Belarus lideri Obuz-Lesnovski ümumqoşun poliqonunda jurnalistlərə danışıb.
Lukaşenko bildirib ki, onun göstərişi ilə hazırda artilleriya briqadasının döyüş hazırlığı yoxlanılır. Bundan əvvəl isə tank və motoatıcı bölmələrdə də analoji yoxlamalar keçirilib.“Xalq dili ilə desək, ordunu silkələmək lazımdır, vaxtı çatıb. Bütün ordunu yoxlayacağıq. Hətta səfərbərliyə qədər”, – deyə Belarus Prezidenti bildirib.
O qeyd edib ki, yoxlamalar zamanı müasir hərbi münaqişələrdə əldə olunan təcrübədən istifadə olunur və təlimlər real müharibə şəraitinə mümkün qədər yaxın formada keçirilir.
“Biz müharibəyə hazırlaşırıq ki, müharibə olmasın”, – Lukaşenko vurğulayıb.
Ayxan Məlikzadə












