Türkiyənin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə Yerevanın yaydığı məlumat yalandır
Türkiyə F-16 qırıcısının Ermənistana məxsus təyyarəni vurması barədə məlumatı təkzib edib.
1news.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.
F.Altun Türkiyənin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə Yerevanın yaydığı məlumatın yalan olduğunu deyib.
Ermənistanın bu məlumatını Azərbaycan Müdafiə Nazirliyi də təkzib edib.
Mövzu ilə əlaqədar oxuyun:
MN: Su-25 təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır
S.Xankişiyeva
264