Vaşinqtonda 20 Yanvar və Azərbaycan müstəqilliyi tədbiri keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Vaşinqtonda 20 Yanvar və Azərbaycan müstəqilliyi tədbiri keçirilib – FOTO

09:55 - 16 / 01 / 2020
Vaşinqtonda 20 Yanvar və Azərbaycan müstəqilliyi tədbiri keçirilib – FOTO

ABŞ-ın paytaxtının mötəbər və tarixi məkanlarından biri olan Qadınların Milli Demokratik Klubunda “Bakıda 20 Yanvar faciəsi və Azərbaycan müstəqilliyinin 3 dekadası” mövzusunda tədbir təşkil olundu.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, ABŞ dövlət qurumları, ABŞ-da akkreditə olunmuş səfirlər, hərbi attaşelər və diplomatlar, yerli ictimaiyyət və Azərbaycan icmasının nümayəndələrinin iştirak etdiyi tədbirdə yüz nəfərdən çox insan iştirak edirdi.

İki hissədən ibarət olan tədbirin başlanğıcında Azərbaycanın ABŞ-dakı Səfirliyinin nümayəndəsi və ABŞ akademik dairələrində regionumuz üzrə ən tanınmış tarixçi, çoxsaylı əsərlərin müəllifi tanınmış alim Dr. Frederik Star çıxış etdi.

Tədbirdə çıxış edən ölkəmizin ABŞ-dakı Səfirliiyinin müşaviri Vüqar Qurbanov 20 Yanvar faciəsinin xalqımıza qarşı cinayət olduğunu xatırlatdı, müxtəlif din və xalqların nümayəndələrinin olduğu çoxsaylı günahsız dinc insanların qətlə yetirildiyi və əhaliyə qarşı törədilmiş bu amansız cinayətin nəinki Azərbaycan xalqını qorxutmadığını, hətta müstəqliik iradəsini daha da möhkəmləndirdiyini və milli müstəqliyini bərpa etmək əzmini dönməz etdiyini və tezliklə buna nail olduğunu vurğuladı. Faciədən dərhal sonra Azərbaycan övladlarının qorxmadan mübarizələrini davam etdirdiyini və bunun bariz nümunəsinin Ümummilli lider Heydər Əliyevin 21 yanvar tarixində  Moskvada keçirdiyi mətbuat konfransını xatırlatdı. Ümummilli liderin həmin zaman bu faciənin təfərrüatlarını ictimaiyyətə bildirməsi və bunu törədənlərin cəzalandırılmasını tələb etməsini xalqımızın haqq işində mübarizəsini davam etdirməyə çağırış kimi dəyərləndirdi. Hazırda 20 Yanvar faciəsi şəhidlərinin milli müstəqilliyimizin simvollarından biri olması, Şəhidlər Xiyabanında uyuyan müxtəlif din və xalqların nümayəndələrinin olması Azərbaycan xalqının birliyinin rəmzi olması ilə yanaşı həm də hər bir Azərbaycanlıya dövlətçiliyimiz və müstəqilliyimiz naminə birləşərək həmrəylik yaddaşı da olduğu xatırlandı. Bu gün də Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətinin əsas məğzinin dövlətçiliyimiz və müstəqilliyimizin qorunması və gücləndirilməsi olduğu bildirildi.

Daha sonra çıxış edən Dr. Frederik Star Azərbaycan xalqına qarşı törədilmiş cinayətin tarixi kontekstini izah etdi, 20 Yanvar faciəsi ilə yanaşı Azərbaycana qarşı törədilmiş digər bir çox təxribatlar barədə də söz açdı. O, 20 Yanvar faciəsindən sonra Sovet hakimiyyətinin mənəvi əsasını və legitimliyini itirdiyini bildirdi. Bu inkişafların da nəinki Sovet hakimiyyətinin sonunu gətirdiyini, eyni zamanda Azərbaycanda və regionda yeni başlanğıcın təməlini qoyduğunu vurğuladı.  Dr. Star qeyd etdi ki, Azərbaycan xalqının 20 Yanvar faciəsindən sonra müstəqillik əzminin daha da güclənməsi digər xalqların da müstəqillik yolunu rəvanlaşdırmışdır.

Tədbirin növbəti hissəsində tanınmış pianoçu Dr.Nərgiz Əliyarova və istedadlı skripkaçı Azər Dəmirov 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım konserti ilə çıxış etdilər və bu çərçivədə Azərbaycan və dünya klassiklərinin musiqilərini ifa etdilər. Konsert “Yaşa Azərbaycan” musiqisi ilə yekunlaşdı.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra qonaqlar şəhidlərimizin əziz xatirəsinə verilmiş ehsan süfrəsinə dəvət edilmişdir.

S.Xankişiyeva

Paylaş:
1116

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər