Vüqar Bayramov: Ermənistan belə təxribatlarla diqqəti sosial-iqtisadi problemlərdən yayındırmağa çalışır | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Bayramov: Ermənistan belə təxribatlarla diqqəti sosial-iqtisadi problemlərdən yayındırmağa çalışır

17:30 - 13 / 07 / 2020
Vüqar Bayramov: Ermənistan belə təxribatlarla diqqəti sosial-iqtisadi problemlərdən yayındırmağa çalışır

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatna qətiyyətli cavab verilib.

1news.az-ın verdiyi xəbərə görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi və ölkəmizin beynəlxalq mövqelərinin daha da güclənməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Azərbaycanın sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsini təəssüf ki, həmin dairələr hələ də yumşaq desək həzm edə bilmirlər.

Deputat bildirib ki, Ermənistanın öz rəsmi statistikasına görə, düşmən ölkədə hər 5 nəfərdən biri işsizdir. Son aylar işsizlik səviyyəsində daha ciddi artımlar müşahidə olunmaqdadır. Beynəxalq hesabatlarda isə Erməsinstanda işsizlik səviyyəsi 30 faizdən az göstərilmir. Xüsusən də gənclər arasında işsizlik səvyyəsi artmaqdadır. Rəsmi statistikada əhalisinin hər 4 nəfərdən birinin, beynəlxalq hesabatlarda isə hər 3 nəfərdən birinin yoxsul hesab olunduğu Ermənistanda vəziyyət hazırda mürəkkəbdir və Paşinyan hakimiyyəti belə təxribatlarla problemi aradan qaldırmaq cəhd edir. Amma aydındır ki, bunlar hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur;

Vüqar Bayramov sözlərinə görə, təəssüf ki, Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır.  Görünən odur ki, Azərbaycanla sərhəddə təxribat  Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və Ermənistanda müşahidə olunan sosial-iqtisadi problemləri gündəmdən çıxartmağa hesablanıb.

Millət vəkili bilidirb ki, bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

S.Xankişiyeva

 

 

Paylaş:
376

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər