Vüqar Rəhimzadə: Medianın İnkişafı Agentliyi müasir dövrün əsas çağırışlarının yüksək səviyyədə cavablandırılmasını stimullaşdıracaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Rəhimzadə: Medianın İnkişafı Agentliyi müasir dövrün əsas çağırışlarının yüksək səviyyədə cavablandırılmasını stimullaşdıracaq

16:45 - 13 / 01 / 2021
Vüqar Rəhimzadə: Medianın İnkişafı Agentliyi müasir dövrün əsas çağırışlarının yüksək səviyyədə cavablandırılmasını stimullaşdıracaq

“Möhtərəm Prezidentimiz İlham Əliyevin  mətbuatın  müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq bu sahənin inkişafı istiqamətində islahatları təkmilləşdirməsi, Azərbaycan KİV-lərinin dünya informasiya məkanına inteqrasiyasını daha da sürətləndirmək  məqsədilə davamlı addımlar atması media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır".

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib:

"Bu, bir reallıqdır ki, çağdaş dövrümüzdə  söz və mətbuat azadlığı hər bir dövlətin, xalqın həyatında mühüm amil olmaqla yanaşı, həm də onun  inkişaf səviyyəsini nümayiş etdirir. Bu gün mətbuatımız milli özünüdərkin bərqərar olmasında, insanlarda  vətənpərvərlik hisslərinin aşılanmasında, azərbaycançılıq ideologiyasının, ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayır. Təkcə 2020-ci ildə yazılı və elektron KİV-lərin istər koronavirus infeksiyası ilə bağlı maarifləndirmə işinin gücləndirilməsində, istər bu bəlaya qarşı   mübarizə tədbirlərinin təbliğində, istərsə də 44 gün davam edən  İkinci Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi fədakarlıq, missiyasına uyğun surətdə   dövlətçilik prinsiplərini əsas tutaraq birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlar diqqətdən kənarda qalmadı. Prezident İlham Əliyevin 44 günlük müharibə dövründə  dünyanın 30-dan artıq nüfuzlu mətbu orqanlarına, televiziya kanallarına və informasiya agentliklərinə müsahibələrinin hər biri Azərbaycan reallıqlarının təbliği baxımından zəngin mənbə kimi dəyərləndirildi.”

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuatda da zamanın və dövrün tələblərinə uyğun  təkmilləşmə uğurla həyata keçirilir: “Yeni texnologiyaların inkişaf etdiyi müasir dövrdə bu təkmilləşmə öz aktuallığı ilə diqqətdədir. COVID-19-la bağlı özünütəcrid prinsiplərinin qorunması yeni texnologiyaların inkişafının zəruriliyini daha da qabartdı. Beynəlxalq əhəmiyyətli tədbirlərin, konfransların videoformat şəklində keçirilməsi hər bir ölkənin bu sahədə də malik olduğu imkanları ortaya qoydu. Azərbaycan bu sahədə də  yeni texnologiyaların inkişafı və tətbiqi istiqamətində əldə etdiyi təcrübə ilə liderliyini nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi,  islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma, tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilib.”

“1993-cü ildə ulu öndər  Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə  söz və məlumat azadlığını məhdudlaşdıran bütün  süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Ümummilli Liderin 6 avqust 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycanda senzura ləğv olundu. 1999-cu ildə beynəlxalq tələblərə cavab verən  "Kütləvi informasiya vasitələri haqqında”  Qanun qəbul edildi. Ümumiyyətlə, söz və mətbuat azadlığının təmin olunması sahəsində həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi olaraq  bu gün Azərbaycan KİV-in sayına görə MDB və Şərqi Avropa ölkələri arasında ön sıralardadır. Hazırda ölkədə  yüzlərlə mətbuat orqanı, 50-dən çox informasiya agentliyi  dövlət  qeydiyyatından keçərək fəaliyyət göstərir, ”- deyə Vüqar Rəhimzadə bildirib.

Baş redaktor vurğulayıb ki, bu gün  Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub: “ Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyasının qəbulu, bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti  yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımların atılması da deyilənlərin təsdiqidir. Məhz son 17 ildə möhtərəm Prezidentimiz İlham Əliyevin 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi mətbuatın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan irəli gəlir.»

V.Rəhimzadə qeyd edib ki, artıq mübaliğəsiz demək olar ki,  ölkəmizdə dünya standartlarına uyğun media, elektron və yazılı KİV  formalaşıb: “İnternet jurnalistikası inkişaf edir. Statistikaya müraciət etsək, görərik ki, bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən çox həftəlik və aylıq qəzetlər cəmiyyətin informasiya tələbatının ödənilməsinə öz dəstəyini göstərir. Ölkə əhalisinin 80 faizindən çoxu fəal internet istifadəçisidir. Sosial mediadan istifadə edənlərin sayı 2 milyondan artıqdır.  Bu statistik rəqəmlər  Azərbaycanda azad mətbuatın inkişafı üçün bütün imkanların mövcud olmasının təsdiqidir.”

Baş redaktor bu fikri də xüsusi qeyd edib ki, Azərbaycan həqiqətlərinin təbliğində mətbuatın rolu nəzərə alınaraq, hazırda-  informasiya müharibəsi dövründə   müxtəlif dillərdə internet resurslarının yaradılması və fəaliyyət istiqamətlərinin genişləndirilməsi əsasdır: «Möhtərəm Prezidentimiz İlham Əliyevin bildirdiyi kimi, bu gün xarici dillərdə fəaliyyət göstərən internet  saytları var və  onların sayını artırmalıyıq.  Çünki  Azərbaycan həqiqətləri dünyaya çatdırılmalıdır. Bugünkü Azərbaycan necə inkişaf edir? Hansı nailiyyətləri var? Dünyanın inkişaf tendensiyasına  hansı töhfələri verib? Bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Xüsusilə internet məkanında daha böyük işlər görülməlidir. Çünki məlumatı internetdən əldə edənlərin sayı getdikcə artacaq.”

Vüqar Rəhimzadə  bildirib ki, qeyd etdiklərimizin  fonunda dövlətimizin başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının əhəmiyyəti, aktuallığı daha aydın şəkildə görünür: “Fərmanda da qeyd edildiyi kimi, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır. Ölkəmizdə  medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu sənədə uyğun olaraq Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması media sahəsində qarşıdakı dövr üçün nəzərdə tutulan hədəflərin gerçəkləşməsində stimulverici amil olacaq.

Birmənalı qeyd etmək olar ki, bu addım  Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanmasıdır. Çünki yeni texnologiyaların inkişafı və tətbiqi sahəsinin genişləndirilməsi mətbuatın da bu imkanlardan bəhrələnməsinə yol açır. Bu diqqət və qayğı öz növbəsində jurnalist məsuliyyəti və peşəkarlığı məsələsini daha da aktuallaşdırır. Bu baxımdan ki,  internet resurslarının sürətlə inkişaf etdiyi müasir dövrdə qarşıda dayanan əsas vəzifələrdən biri məlumatın obyektivliyinin, qərəzsizliyinin qorunmasıdır. Qürur hissi ilə qeyd etmək lazımdır ki, mətbuatın inkişafına yönələn hər bir addım, imzalanan Fərman və sərəncamlar çağdaş Azərbaycan mətbuatının  “Əkinçi”dən başlanan  yolunun uğurlu davamına xidmət edir,  “dördüncü hakimiyyət” kimi dəyərləndirilən  mediaya Azərbaycan dövlətinin və möhtərəm Prezidentimizin  münasibətini, diqqət və qayğısını özündə ehtiva edir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda dövlət-mətbuat münasibətləri bundan sonra da yüksək səviyyədə olacaq, media nümayəndələri üzərilərinə düşən missiyanı müasir texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə etməklə  uğurla yerinə yetirəcəklər. Sərəncamda əksini tapan müddəalar sırasında “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin iki ay müddətində hazırlanıb ölkə  Prezidentinə təqdim edilməsi də xüsusi yer tutur. İnamla qeyd etmək olar ki, həyatımızın bu sahəsində müəyyənləşdirilən  kompleks tədbirlər qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaqda açar rolunu oynayacaqdır».

1news.az

Paylaş:
297

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər