Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin Sərəncamı azad mətbuatın inkişafının prioritetliyini bir daha təsdiqləyir | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin Sərəncamı azad mətbuatın inkişafının prioritetliyini bir daha təsdiqləyir

11:18 - 01 / 07 / 2020
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin Sərəncamı azad mətbuatın inkişafının prioritetliyini bir daha təsdiqləyir

«Bu gün dövlətimizin  möhkəm təmələ əsaslanan  siyasətinin nəticəsi olaraq bütün sahələr  inkişaf, tərəqqi dövrünü yaşayır.  Bu inkişafdan geri qalmayan, cəmiyyətimizin güzgüsü kimi dəyərləndirilən, reallıqların təbliğatçısı olan mətbuatımıza  dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, obyektivlik, qərəzsizlik,  milli şüur və vətənpərvərlik  prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai  rəyə təsirinin gücləndiyi müasir dövrdə  mətbuatımız da öz növbəsində bu diqqət və qayğıya cavab olaraq  Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir».

Bu fikirləri «İki sahil» qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki,  bu fikri böyük inam və qətiyyətlə qeyd edə bilərik ki, Azərbaycan mətbuatı bu gün  inkişafın yeni mərhələsini yaşayır: «1993-cü ildə  ulu öndər Heydər Əliyevin  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər sahələr kimi, mətbuatın da  inkişaf tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Ümummilli Liderin  Fərmanı ilə senzuranın ləğvi  azad mətbuatın inkişafına əngəl yaradan  süni məhdudiyyətlərin aradan qaldırılmasını təmin etdi.  Qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat işçiləri ilə  mütəmadi görüşlərin ənənəsinin yaradılması, KİV-lə bağlı  problemlərə operativ və prinsipial müdaxilə  ulu öndər Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Məhz bu diqqət və qayğının nəticəsi olaraq Ümummilli Lider  2002-ci ildə «Jurnalistlərin dostu» mükafatına layiq görülmüşdür.»

Baş redaktor bildirib ki, son 16 ildən  artıq dövrdə Heydər Əliyev siyasətinin bütün istiqamətlərdə uğurlu davamı   mətbuatın inkişaf səviyyəsindən də aydın görünür: « Möhtərəm  Prezidentimiz İlham Əliyev  cəmiyyət həyatında mətbuatın rolunu  yüksək dəyərləndirərək  bildirir ki, bu gün hüquqi dövləti mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Ən əsası müasir dünyada, inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Dövlətimizin başçısının  mətbuata diqqət və qayğısı davamlılığı ilə diqqət çəkir. 2005-ci ildən başlayaraq mətbuat işçilərinin təltif edilməsi ənənə halını alıb. 2010-cu ildə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı ilk Sərəncamın imzalanması da deyilənlərin bariz nümunəsidir. 2013-cü ildə  ilk bina tikilib istifadəyə verildi və ikinci  binanın təməli qoyuldu. Ənənəvi hal alan bu sərəncamlar 2013 və 2017-ci illərdə imzalandı. Artıq üçüncü binanın tikintisi başa çatıb.  Möhtərəm Prezidentimizin bu mühüm addımı dünyada analoqu olmayan hadisə kimi dəyərləndirilir.»

V.Rəhimzadə   Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd olunmasını da azad mətbuatın inkişafına, jurnalist əməyinə verilən dəyər kimi qeyd edib.  Möhtərəm Prezidentimizin mətbuata  bu kimi  diqqət və qayğısı daim  media ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir.  Məhz ölkə jurnalistlərinin yekdil rəyi ilə  dövlətimizin başçısı  3 dəfə «Junalistlərin  dostu» mükafatına layiq görülüb. Cənab Prezident İlham Əliyev mükafatın təqdim edilməsi mərasimində bildirmişdir:  «Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini “Jurnalistlərin dostu” adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim.»

Ölkə Prezidentinin 30 iyun 2020-ci il tarixli  «Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında» Sərəncamını bu sahəyə göstərilən diqqət və qayğının davamı kimi dəyərləndirən V.Rəhimzadə bildirib ki, sənəddə də vurğulandığı kimi,  ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır:

«Azərbaycanda   milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq imzalanan bu Sərəncamı biz mətbuat işçiləri  yüksək səviyyədə alqışlayır,  azad mətbuatın inkişafına növbəti dəstək kimi dəyərləndiririk. Bu diqqət və qayğıya görə möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk.  Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə ehtiyacın daha da artdığı bir zamanda  mətbuatın 145 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı   Sərəncamın imzalanması qürurverici olmaqla bərabər məsuliyyət hissimizi daha da artırmağa çağırışdır. Bu çağırışa qoşularaq dövlətçiliyimizin inkişafına töhfələrimizi daha davamlı edək,  yeni texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə edərək informasiya müharibəsində fəal iştirak edək, həqiqətlərimizi heç bir təhrifə yol vermədən, qərəzsiz şəkildə ictimaiyyətə çatdırmaqla onların informasiya tələbatını yüksək səviyyədə ödəyək.»

1news.az

Paylaş:
458

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər