Vüsal Hüseynov CEO Lunch Baku-nun fəxri qonağı olub – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vüsal Hüseynov CEO Lunch Baku-nun fəxri qonağı olub – FOTO

16:38 - 23 / 10 / 2019
Vüsal Hüseynov CEO Lunch Baku-nun fəxri qonağı olub – FOTO

“Sahibkarlar tərəfindən qaldırılan istənilən məsələ müzakirəyə çıxarılır və dərhal həll edilir”

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri “Caspian European Club” tərəfindən “Hyatt Regency Baku” otelində təşkil olunan CEO Lunch Bakunun (işgüzar naharın) fəxri qonağı qismində iştirak edən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov səsləndirib.

Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən yeni layihələr, miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər barədə ətraflı məlumat verib. Həmçinin uğurlu platforma rolunu oynayan klub çərçivəsində reallaşdırılan tədbirlərin önəmini və birgə əməkdaşlığın bütün iştirakçılar üçün faydasını diqqətə çatdırıb. Bildirib ki, Dövlət Miqrasiya Xidməti fəaliyyətində sahibkarlarla dialoqun inkişaf etdirilməsinə xüsusi diqqət ayırır, özəl sektorun inkişafı, innovativ metodların tətbiqini daim gündəmdə saxlayır. Məhz sahibkarlara göstərilən xidmətlərin sadələşdirilməsi və keyfiyyətinin artırılması istiqamətində reallaşdırılan layihələr bunun əyani sübutudur.

Xidmət rəis qeyd edib ki, CEO Lunch işgüzar ünsiyyət üçün unikal platformadır. Dövlət və özəl sektor nümayəndələri arasında dialoqun qurulması, fikir mübadiləsi aparmaq,  işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır. Vüsal Hüseynov deyib ki, belə tədbirlərdə sahibkarlar tərəfindən qaldırılan istənilən məsələ və təklif müzakirəyə çıxarılır və dərhal həll edilir.

Sonra “Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev çıxış edib. Son ildə işçi qrup çərçivəsində Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlığın fəallaşdırılmasında Xidmət rəisinin xüsusi rolunu diqqətə çatdırıb. Bildirib ki, məhz bu səbəbə görə bugünkü işgüzar nahar səmimi dostluq mühitində keçir.

Daha sonra Vüsal Hüseynova “Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. Eyni zamanda, “Caspian European Club”un həm yeni, həm də onun tərkibinə daxil olan üzv şirkətlərə sertifikatlar verilib.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Qazaxıstan və digər ölkələrdə da hər ay keçirilən CEO Lunch dövlət və özəl sektor nümayəndələri arasında dialoqun qurulması və netvorkinq üçün unikal platforma və aparıcı vasitədir. CEO Lunch-da iştirak həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradır.

CEO Lunch Baku-nun baş sponsoru Gazelli Group MMC.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstan, Qazaxıstan və Özbəkistanda rəsmi nümayəndiliyi, həmçinin ABŞ, Almaniya, Polşa və Çexiyada səlahiyyətli nümayəndələri var.

E-mail: [email protected]

URL: www.caspianenergy.net; www.caspianenergy.org

S.Xankişiyeva

 

Paylaş:
778

Son xəbərlər

SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24
Bütün xəbərlər