Qızıl və gümüş bahalaşdı
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.
1news.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,18% artaraq 4 305,6 ABŞ dollarına bərabər olub.
“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 0,12% artaraq 64,08 dollar təşkil edib.
52










