Xocalı soyqırımının ildönümü ilə bağlı piket keçirən tatar: Azərbaycan xalqının kədərinə şərikik – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalı soyqırımının ildönümü ilə bağlı piket keçirən tatar: Azərbaycan xalqının kədərinə şərikik – FOTO

16:24 - 26 / 02 / 2020
Xocalı soyqırımının ildönümü ilə bağlı piket keçirən tatar: Azərbaycan xalqının kədərinə şərikik – FOTO

Bu gün Kazanda “Azatlık” Tatar Gəncləri Birliyinin fəalları Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar təkbaşına piket keçiriblər.

Gənc tatar fəallar, Xocalı faciəsilə bağlı hansı məlumatları bilirdikləri, məhz onların bu aksiyanı keçirmələri haqda daha ətraflı bilmək üçün 1news.az piket iştirakçılarını axtarmaq qərarına gəlir.

1news.az-ın verdiyi xəbərə görə, Xocalı faciəsinə həsr olunmuş aksiya artıq 9-cu ildir ki, “Azatlık” Tatar Gəncləri Birliyinin fəalları tərəfindən keçirilir.

“Təşkilatımız türk birliyinin və türk xalqlarının birləşməsinin tərəfdarıdır və tez-tez türk xalqlarına həsr olunmuş müxtəlif tədbirlər keçirir. Nümunə üçün, krım tatarları, balkar, qazaxların deportasiyası günü biz çuvaş bayraqlarını paylayırıq, Tuva, Altay təqvimlərini çıxarırıq. Buna görə də tamamilə təbii ki, biz Xocalı haqqında bilirik”, - deyə fəal Nail Nabiullin bildirib.

Onun sözlərinə görə, “Azatlık” 2011-ci ildə müxtəlif tədbir və piketlər keçirir.

“Qara Yanvar günü də piket keçirmişdik. Əsas məqsədimiz – qardaş Azərbaycan xalqına dəstəyimizi, həmrəyliyimizi göstərməkdir. Bu, qəddar cinayətdir və biz bunu unutmamalıyıq. Və Azərbaycan xalqının dərdi tatar xalqının da dərdidir.

Biz türklər bir-birimizi dəstəkləməliyik. Bütün türklər 1552-ci il Kazanın qəhrəmancasına müdafiəsini bildiyi kimi, hər kəs Xocalı soyqırımını da tanımalıdır”.

O, qeyd edib ki, bu aksiyalarda faciə haqqında məlumatlar yayılır. Bunun hesabına bir çox tatar Xocalı haqda bilir və bu da qardaş xalqlar arasında əlaqələri gücləndirir:  

“Bəzi illərdə aksiyalarımıza ziyalılar: alimlər, yazıçılar da qoşulub. Bu gün Azərbaycan xalqının kədərinə şərikik. Ümumiyyətlə, tatar və azərbaycanlıları ənənəvi isti münasibətlər birləşdirir. Və əlbəttə ki, bunları daha da möhkəmləndirməliyik. Qardaşlarımıza dəstək göstərəcəyik, gələcəkdə də bu cür aksiyalar hər il keçiriləcək”.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının köməyi ilə Xocalını işğal etdilər.

Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

“Ermənilər bir gecədə bütün ailəmi öldürdü” – Xocalı faciəsinin canlı şahidi – VİDEO

Xocalı soyqırımı şahidinin xatirələri: “Körpə qarın üzərində, anasının əlindən tutmuş vəziyyətdə donmuşdu...” – VİDEO

Çavuşoğlu: “Azərbaycanlı qardaşlarımızın acısına dərindən şərikik”

S.Xankişiyeva

 

Paylaş:
963

Son xəbərlər

“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38
Bütün xəbərlər