1news.az

Xüsusi zolaqlara icazəsiz daxil olan sürücülər cərimələnəcəklər - MƏBLƏĞ

1 Dekabr saat 12:50 ~ 1 dəqiqəlik oxu 2180
Xüsusi zolaqlara icazəsiz daxil olan sürücülər cərimələnəcəklər - MƏBLƏĞ

Bakıda yaradılan xüsusi zolaqlara icazəsiz daxil olan avtomobillər cərimələnəcək.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

Polis polkovniki bildirib ki, hazırda paytaxtın Mikayıl Hüseynov küçəsi ilə mərkəzə doğru avtobusların sərbəst hərəkəti üçün zolaq təşkil edilib: "Həmin zolaqlarda müvafiq yol nişanları quraşdırılıb. Bu zolaq yalnız ictimai nəqliyyatın hərəkəti üçün nəzərdə tutulub. Paytaxtın on küçə və prospektində belə zolaqların yaradılması planlaşdırılır. Zolaqlara digər avtomobillərin daxil olması qadağandır. Əks halda həmin avtomobillər məsuliyyətə cəlb olunacaq. Bu inzibati xəta tərkibi yaradır. Sürücülərdən xahişimiz budur ki, inzibati xəta tərkibi yaranmaması üçün həmin zolaqlara daxil olmasınlar və avtobusların maneəsiz hərəkətinə şərait yaratsınlar".

Vaqif Əsədov deyib ki, zolağa icazəsiz daxil olan digər nəqliyyat vasitələri yol boyu quraşdırılmış texniki vasitələr və ərazidə xidmət aparan yol-patrul xidməti əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunacaq. Xüsusi zolağa icazəsiz daxil olan avtomobil sürücüləri 40 manat cərimə ediləcək.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net