"Yeni jurnalist evləri ilə bağlı ərizələrin qəbulu onlayn həyata keçirilməlidir" - Vüsalə Mahirqızından təklif | 1news.az | Xəbərlər
Cəmiyyət

"Yeni jurnalist evləri ilə bağlı ərizələrin qəbulu onlayn həyata keçirilməlidir" - Vüsalə Mahirqızından təklif

11:30 - 04 / 06 / 2020
"Yeni jurnalist evləri ilə bağlı ərizələrin qəbulu onlayn həyata keçirilməlidir" - Vüsalə Mahirqızından təklif

Neçə gündür ki, həmkarlarımızın yeni jurnalist evlərinin verilməsi mövzusundakı statuslarını oxuyuram. Vaxt yaxınlaşdıqca yəqin ki, bu statuslar daha da artacaq. Hamı özünü haqlı hesab edir və hərənin də özünə görə arqumenti var. Mənim təklifim, hətta xahişim bundan ibarətdir ki, bu dəfə bu məsələnin seçimində media orqanları iştirak etməsin”.

1news.az xəbər verir ki, bunu “APA Group”un rəhbəri Vüsalə Mahirqızı öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, bir onlayn sistem hazırlamaq və müraciət kriteriyalarını müəyyən etmək olar.

“Həmin kriteriyalara uyğun, ev almaq istəyən hər bir jurnalist onlayn qaydada sənədlərini təqdim edir. Kriteriyalar dəqiqliklə seçilsə, müraciətlər minlərlə olmayacaq. Daha sonra isə müraciətlərin araşdırılması üçün ekspertlərdən və dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradıb, yekun siyahını Prezidentə təqdim etmək mümkündür. Bu, bir neçə məsələyə görə vacibdir:

1. Jurnalistlərin hansısa media orqanında işləməsi şərtidir. Sabah ev alandan sonra həmin şəxs jurnalistikadan gedə də bilir, amma o ev ondan geri alınmır. Və ya jurnalist başqa media orqanına, dövlət qurumuna transfer oluna bilər.
2. Ev məsələsi bir çox jurnalisti az maaşla illərlə bəzi redaksiyalarda işləməyə və gözləməyə vadar edir, girova çevirir, sonunda da çoxuna vəd olunan evlər verilmir, yəni adları siyahıya daxil edilmir.
3. Ev məsələsi media orqanlarında illərdir ki, əməkdaşları baş redaktorlarla üz-üzə qoyur. Nə qədər ədalətli davransan da, yenə də kimlərsə özünü daha çox haqqı çatan hesab edir və s. Bir halda ki, ev alan şəxs konkret hansısa media orqanına görə yox, jurnalist olduğu üçün ev alır, o zaman bu seçimi niyə redaksiya rəhbəri etməlidir və subyektiv mülahizələr yaranmalıdır?
4. Ev seçiminə media orqanı o vaxt qarışa bilər ki, ev konkret olaraq media qurumuna verilir. Məsələn, APA Agentliyinə 5 ev ayrılır. APA-dan işdən çıxan jurnalist isə evdən məhrum olur, eynilə hərbi strukturlarda olduğu kimi. Jurnalist evlərinin verilməsində qayda bu deyil və belə olmaması da çox yaxşıdır. O zaman çox sadə sual meydana gəlir. Media orqanı ona aid olmayan prosesdə niyə iştirak edir?”

“Mənim evlərin veriləcəyi vaxtla bağlı informasiyam yoxdur. Bildiyim odur ki, indiyə qədər bu seçim doğru edilməyib və buna görə də prosesdə qeyri-şəffaf, subyektiv maraqlar çox olub”- deyə, Vüsalə Mahirqızı fikirlərinə əlavə edib:

“Bununla bağlı əvvəllər də dəfələrlə demişəm, amma prosesi aparanların marağında olmayıb. Ümid edirəm ki, KİV DF-nin yeni rəhbərliyi bu məsələnin daha rahat və qalmaqalsız həlli yolunu tapacaq. Bir modeli mən təklif etdim. Şəxsən mənim media rəhbəri olaraq bu prosesdə heç bir marağım yoxdur və bacardıqca uzaq qalmaq istəyirəm”.

1news.az

Paylaş:
673

Son xəbərlər

AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19
Bütün xəbərlər