Prezident İlham Əliyev Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alan yaralılara baş çəkib – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alan yaralılara baş çəkib – FOTO

17:32 - 02 / 05 / 2016
Prezident İlham Əliyev Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alan yaralılara baş çəkib – FOTO

Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzinə baş çəkdilər.

Bu tibb ocağı ölkəmizdə səhiyyə islahatları çərçivəsində yaradılan və ən müasir standartlara cavab verən ilk müalicə diaqnostika mərkəzlərindən biridir. Düşmənin dinc əhalini hədəfə alması nəticəsində Ağdamın Çəmənli və Qaradağlı kəndlərinin yaralanmış 3 sakini – Zahid Rəhimov, Elgiz Qarayev və Anar Abdullayev burada müalicə olunurlar. Dövlətimizin başçısı və xanımı onların vəziyyəti ilə maraqlandılar və tezliklə sağalmalarını arzuladılar.

Prezident İlham Əliyev: Necəsiniz? Həkimlər sizə yaxşı baxırlar. Mənə məlumat verirlər ki, sizin vəziyyətiniz yaxşılaşıb. Yaxşı müalicə alırsınız. Əminəm ki, tezliklə buradan çıxıb evinizə qayıdacaqsınız. Mən gəlmişəm ki, sizi görüm, öz sözümü deyim. Siz erməni silahlı təxribatından əziyyət çəkmisiniz. Görürsünüz ki, onlar mülki əhaliyə qarşı müharibə aparırlar. Evlər dağılır, insanlar həlak olur, mülki şəxslər yaralanırlar. Bu, hərbi cinayətdir. Ermənilər döyüş meydanında məğlub olurlar, mülki əhaliyə atəş açırlar.

Yaralı: Cənab Prezident, diqqətinizə görə təşəkkür edirik.

Prezident İlham Əliyev: Tezliklə sağalacaqsan, hər şey yaxşı olacaq. Eşitmə qabiliyyətin bərpa olunacaq.

Yaralı: İnşallah.

Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev: Cənab Prezident, ali təhsilli həkim-stomatoloqdur.

Prezident İlham Əliyev: Hansı kənddənsən?

Yaralı: Ağdam rayonunun Çəmənli kəndindənəm.

Prezident İlham Əliyev: Bir qədər əvvəl oradan keçmişəm.

Həkim: Qapalı kəllə-beyin zədəsi diaqnozu qoyulub. İndi vəziyyəti orta ağırdır. Nisbətən yaxşılaşıb.

Yaralı: Cənab Prezident, Siz bizim arxa-dayağımızsınız. İnşallah, sağalıb kəndimizə qayıdarıq.

Prezident İlham Əliyev: İnşallah, tezliklə sağalıb normal həyata dönəcəksən. Mən indi sənin qonşularınla görüşmüşəm. Ağdamlılar hamısı bir nəfər kimi möhkəm dayanıblar, möhkəmdirlər.

Yaralı: Sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Siz də Çəmənli kəndindənsiniz?

Yaralı: Bəli.

Vidadi İsayev: Aprelin 27-dən 28-nə keçən gecə gətiriliblər. Gələndə birinin vəziyyəti çox ağır, ikisinin vəziyyəti isə orta ağır idi. Əməliyyat olundular, indi gündəlik müalicə alırlar.

Prezident İlham Əliyev: Gecə oldu, evdə oturmuşdunuz?

Yaralı: Həyətə çıxmışdıq. Güclü atəş açdılar. Mərmi təxminən 20-30 metrlikdə yerə düşdü, qəlpə dəydi. Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzulayırıq. Allah Sizi qorusun. Gün o gün olsun ki, doğma torpaqlarımızda bayrağımız dalğalansın. Biz həkimlərimizə də uzun ömür, cansağlığı arzulayırıq. Allah onların da köməyi olsun.

Prezident İlham Əliyev: Həkimlər sizə yaxşı baxırlar. Gözəl şərait yaradılıb. Bərdə Müalicə-Diaqnostika Mərkəzi 2008-ci ildə istifadəyə verilib. Ölkədə ilk tikilən diaqnostika mərkəzlərindən biridir. Burada şərait yaxşıdır. Həkimlər də sizə yaxşı baxırlar. Tezliklə sağalacaqsınız, evlərinizə qayıdacaqsınız.

Yaralı: İnşallah. Sağ olun. Allah Sizi, bütün əsgərlərimizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun. Allah şəfa versin.

Prezident İlham Əliyev Bərdə Müalicə-Diaqnostika Mərkəzinin kollektivinə yaralılara yüksək səviyyədə xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

1news.az

Paylaş:
895

Son xəbərlər

Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsində dəyişiklik edilibBu gün, 17:20DİN: “Bakıda zorla ərə verilən 17 yaşlı qız sığınacağa yerləşdirilib”Bu gün, 17:13Həkim: “Bu halda təbii ki, pandemiyanın bitməsi elan oluna bilər”Bu gün, 17:11Bakıda üçəm körpələr doğulubBu gün, 16:59Agentlik şəhid Səbuhi Əhmədovla bağlı arayışa aydınlıq gətiribBu gün, 16:57Maqnit qasırğası olacaqBu gün, 16:52Azərbaycanda peyvənd olunanların sayı açıqlanıbBu gün, 16:36Ötən sutka koronavirusa yoluxanların STATİSTİKASIBu gün, 16:34“ABŞ-da keçirilən görüşü effektiv idi” - QriqoryanBu gün, 16:31Milli Məclis Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Bəyanat verəcəkBu gün, 16:30Kərim Vəliyev Gürcüstanda Milli Təlim və Tədris Mərkəzində olub - FOTOBu gün, 16:23Akademik Musiqili Teatrın oktyabr REPERTUARIBu gün, 16:19Azərbaycan Hərbi Hava Qüvvələrində döyüş atışlı təlim keçirilibBu gün, 15:54Dövlət başçısı Fransa Prezidenti Kabinetinin müşavirini qəbul edib - YENİLƏNİBBu gün, 15:45Lənkəranda 3 aylıq hamilə olan 18 yaşlı gəlin itkin düşübBu gün, 15:36Bu sərnişinlərin metroya girişi qadağandırBu gün, 15:34Elektron “Baytarlıq xidmətləri monitorinqi” altsistemi yaradılır - FƏRMANBu gün, 15:11“Buta Supply Şirkətinin təşəbbüsü ilə Zəngilan rayonunda 3000-ə yaxın ağac əkilib”Bu gün, 15:00İdeal evlilik yaşı neçədir? – “Bu çox səhv addımdır”- SosioloqBu gün, 14:54Almaniya Prezidenti Almaniyadakı səfirimizin etimadnaməsini qəbul etdiBu gün, 14:09
Bütün xəbərlər

Next TV