Bern səfərindən sonra: Səfalı İsveçrə, diplomatların gülümsəməsi və Ermənistanın yalanı | 1news.az | Xəbərlər
Siyasət

Bern səfərindən sonra: Səfalı İsveçrə, diplomatların gülümsəməsi və Ermənistanın yalanı

14:33 - 23 / 12 / 2015
Bern səfərindən sonra: Səfalı İsveçrə, diplomatların gülümsəməsi  və Ermənistanın yalanı

Mənzərə olduqca realist idi: qonaqpərvər İsveçrə XİN rəhbəri, ATƏT-in Minsk qrupunun  nikbinliklə gülümsəyən həmsədrləri, özünə və işinin doğruluğuna əmin olan Prezident İlham Əliyev, həmçinin, tutqun və narahat Serj Sarqsyan.

Aydındır ki, Bern görüşündən heç kim ciddi irəliləyiş və gözlənilməz nəticələr gözləmirdi. Irəvan belə qərarlara hazır deyil,  əsas oyunçuların himayəsi də, belə ehtimala əsas vermir.

Lakin Ermənistanda başa düşürlər ki, bu hal daimi ola bilməz. Azərbaycan artıq tank və ağır  hərbi texnikadan istifadə edir, gənc erməni əsgərlər həlak olur. Bunun isə səbəbi məlumdur- Heç vaxt onalara aid olmayan, başqasına məxsus olan ərazilərin işğalı, yoxsa, Azərbaycan tərəfindən ötən əsrin əvvəlində bağışlanan, heç kimin ələ keçirmək niyyətinin olmadığı  öz vətəni uğrunda?

Əminəm ki, Sarqsyan bunu yaxşı anlayır. O, iki tərəf arasında- uzun illər ona himayədarlıq edənlər və çoxdan bəri ondan qurtulmağa çalışanlar arasında qalıb  aşkar yalan deyir. Yəni məsələ heç də asan deyil: xarici qüvvələri qane etmək, özününkülərlə əlaqələri qorumaq, Azərbaycanın artan hərbi-siyasi təzyiqinə duruş gətirməklə yanaşı, bu arada öz simanı, ən əsası isə ölkədaxili vəziyyətə nəzarəti itirməmək.

Tarixdən məlumdur ki, bu yolla getməyə cəhd edənlər hər şeyini itirib, o cümlədən, bədəninin müəyyən əzalarının ən qəddar metodla itirilməsi ilə üzləşib. Bəs həmsədrlər?

Berndən sonra onların bəyanatlarının məzmunu eyni idi: “mövqelərin müəyyənləşməsi üçün yaradılan şərait”, “qurbanların olmasından narahatlıq”, “zorakılıq riskinin azaldılması” və s.

Mənim fikrimcə, həmsədrlərin “nikbin optimizmi”nin əsas mənası və mühüm elementi yaxın vaxtlarda baş verən zorakılıq halları ilə bağlı olub.

Düşünürəm ki, həmsədrlər və onlarla birlikdə gələn ATƏT-in hazırkı sədrinin şəxsi təmsilçisinin narahatlığına səbəb olan məhz bu məqam idi.

Bütün bunlar cəbhə xəttində Ermənistan tərəfinin davamlı təxribatları fonunda baş verirdi.

Beləliklə, qeyd etmək olar ki Bern görüşü həmsədrlər üçün uğurla nəticələnib: Görüş üçün Avropanın sakit, səfalı bölgəsi seçilib, tərəfləri danışıqlar masasına gətirmək mümkün olub, avropalı diplomatların sakitləşdirici bəyanatları  səsləndirilib. Görülən işlər haqqında hesabat artıq hazırdır.

Bu arada işğalçıların təxribat əməlləri Azərbaycan silahlı qüvvələrini  düşmənin hərbi mövqeləri və atəş nöqtələrinə onlarla zərbə endirməyə və daha geniş əməliyyat aparmağa təhrik edir.

Bir şey aydındır ki, nə İsveçrənin füsünkar təbiəti, nə diplomatların gülümsəmələri, nə də vasitəçilərin nikbin bəyanatları ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə mane olmayacaq.

Azərbaycanın əsas və strateji məqsədi də məhz budur.

Fikrət Sadıqov

Politoloq

Paylaş:
1628

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər