Bakıda Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu keçirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu keçirilir - FOTO

11:56 - 01 / 02 / 2016
Bakıda Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu keçirilir - FOTO

Fevralın 1-də Bakıda “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və YOCOCU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının birgə təşkilatçılığı ilə Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu işə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərəgörə, əvvəlcə tədbir iştirakçıları “MİRAS” İctimai Birliyinin təşkil etdiyi sərgi-yarmarka ilə tanış olublar.

Forumun açılışında çıxış edənlər tədbirin məqsəd və əhəmiyyətindən danışıblar.

Qeyd edilib, iki günlük forumun keçirilməsinin məqsədi gəncləri bir araya gətirməklə müxtəlif ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır.

Bildirilıb ki, bu il tədbirdə Azərbaycanın gənc tədqiqatçıları ilə yanaşı, Türkiyə, Rusiya, Fransa, Hollandiya, Latviya, Macarıstan, Misir və Yəməndən mütəxəssislər iştirak edirlər.

Sonra forumun işi “Araşdır”, “Qoru” və “Təbliğ et” bölmələrində davam etdirilib.

Tədbir çərçivəsində “MİRAS” İctimai Birliyinin mükafatları təqdim olunub.

Forum fevralın 2-də başa çatacaq.

1news.az

Paylaş:
1735

Son xəbərlər

Bütün xəbərlər