Kamal Abdulla Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamal Abdulla Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib

16:30 - 08 / 05 / 2016
Kamal Abdulla Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib

Azərbaycanın tanınmış yazıçı-publisisti, akademik Kamal Abdulla Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü - akademiki seçilib.

Azərbaycan Yaradıcılıq Fondundan AZƏRTAC-a verilən məlumata görə, akademiyanın rəyasət heyəti Kamal Abdullanın türk dünyası qarşısında müstəsna xidmətlərini, türk dilli ədəbiyyatın tədqiqi və zənginləşdirilməsi sahəsində böyük elmi-praktik fəaliyyətini nəzərə alaraq onun bu məşhur elm ocağının akademiki seçilməsi haqqında qərar qəbul edib.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası türk dünyasında və türk toplumlarının yaşadığı ölkələrdə türk dilini, tarixini, mədəniyyətini öyrənmək, araşdırmaq və yaymaq məqsədi ilə yaradılmış elmi qurumdur. Hazırda akademiyanın ABŞ, Fransa, İtaliya, İngiltərə, Almaniya, İran, Rusiya, Çin və bir sıra digər ölkələrdə rəsmi təmsilçilikləri var.

Bir çox xarici dillərə tərcümə edilmiş "Yarımçıq əlyazma", "Tarixsiz gündəlik", "Sehrbazlar dərəsi", "Labirint" və digər əsərlərin müəllifi olan Kamal Abdullanın yaradıcılığı qardaş Türkiyədə də maraqla izlənilir. Onun "Kitabi Dədə Qorqud" eposu ilə bağlı araşdırmaları türk tarixçiləri və etnoqraflarının ən çox müraciət etdikləri əsərlər sırasındadır.

AZƏRTAC

Paylaş:
891

Son xəbərlər

Ağ ölümə yox deyək! - “Çıxışa doğru”da MÜZAKİRƏBu gün, 00:33AZAL Barselonaya reysləri bərpa edir30 / 01 / 2023, 20:50Yanvarın 31-nə USD/AZN rəsmi məzənnəsi açıqlanıb30 / 01 / 2023, 17:56Tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması sadələşdirilir30 / 01 / 2023, 17:52Britaniyanın Azərbaycandakı səfiri Orxan Əsgərovun yas mərasimində iştirak edib30 / 01 / 2023, 17:45Fevralın 1-dək ölkədə hava şəraiti arabir yağıntılı olacaq - XƏBƏRDARLIQ30 / 01 / 2023, 17:44Magistraturaya qəbul üçün keçirilmiş sınaq imtahanının nəticələri elan edilib30 / 01 / 2023, 17:30Lənkəranda qanunsuz meşə materialının daşındığı müəyyən edilib30 / 01 / 2023, 17:24“Aztelekom” Şəkinin Kiçik Dəhnə kəndini GPON texnologiyası ilə yüksəksürətli internetlə təmin etməyə başlayıb - FOTO30 / 01 / 2023, 17:10Qazaxıstanın Rusiyadakı səfirliyi Azərbaycan səfirliyinə Nota göndərib30 / 01 / 2023, 17:08Azərbaycanla Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb30 / 01 / 2023, 17:02Pakistanda məsciddə partlayış zamanı ölənlərin sayı 32-yə çatıb30 / 01 / 2023, 17:01Şuşa ilə Vesprem şəhərləri arasında dostluq əlaqələri təsis edilib30 / 01 / 2023, 17:00Budapeştdə Azərbaycan-Macarıstan sənədləri imzalanıb30 / 01 / 2023, 16:57Dövlət Xidmətinin keçirdiyi son hərracda 17 avtomobil satılıb30 / 01 / 2023, 16:49Nazir Qarabağın bərpa və yenidənqurulmasına ayrılan vəsaiti açıqlayıb30 / 01 / 2023, 16:44İlham Əliyevin Macarıstanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO30 / 01 / 2023, 16:43İslandiya Tehranda Azərbaycan səfirliyinə edilmiş hücumu qınayıb30 / 01 / 2023, 16:41İlham Əliyevin Viktor Orbanla məhdud tərkibdə görüşü olub - FOTO30 / 01 / 2023, 16:38Deputat: “İran bütün dünyada terrorizmi himayə edən dövlət statusuna malikdir” - ŞƏRH30 / 01 / 2023, 16:37
Bütün xəbərlər

Next TV