General-leytenant Əliağa Şıxlinskiyə məxsus yəhərüstü – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

General-leytenant Əliağa Şıxlinskiyə məxsus yəhərüstü – FOTO

17:52 - 06 / 02 / 2017
General-leytenant Əliağa Şıxlinskiyə məxsus yəhərüstü – FOTO

Milli Azərbaycan Tarixi Muzeyində bir çox görkəmli Azərbaycan hərbçisinin materialları qorunur və gənc nəsillərə hərb tariximizin yadigarı kimi təbliğ edilir.

Belə ki, Muzeyin Hədiyyələr və Xatirə Əşyaları fondunda Azərbaycan Cümhuriyyətinin Hərbi nazirinin müavini, “artilleriya allahı”, general-leytenant Əliağa Şıxlinskiyə məxsus şəxsi əşyalar mühafizə olunur. Belə eksponatlardan biri də xüsusi zövqlə hazırlanmış yəhərüstüdür.

Üzəri güləbətin işləməli yəhərüstü qırmızı məxmər parça və dəridən hazırlanıb. Eksponatın aşağı hissəsində də güləbətin sapdan saçaqlar var. Material bərpaya ehtiyac olduğundan Muzeyin bərpa laboratoriyasının bərpaçı - rəssamı İlhamə Rəhimova tərəfindən bərpa edilib. Yəhərüstü bərpadan sonra Hədiyyələr və Xatirə Əşyaları fonduna təhvil verilib.

Qeyd edək ki, Ə.Şıxlinski və digər Azərbaycan generallarının fəaliyyəti Azərbaycan hərb sənətinin inkişafında böyük rol oynayıb. Onlara məxsus materialların da Muzeydə mühafizəsi və təbliği gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından çox önəmlidir.

1news.az

Paylaş:
649

Son xəbərlər

Unibank 3-cü rübü də mənfəətlə başa vurub25 / 10 / 2021, 18:30Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb25 / 10 / 2021, 18:07Müharibə, ata və oğul... - İlin fotosu25 / 10 / 2021, 18:00Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüşüb25 / 10 / 2021, 17:53Türkiyə Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb25 / 10 / 2021, 17:50Milli Məclisin 29 oktyabrda keçiriləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI25 / 10 / 2021, 17:49Ceyhun Bayramov Əlcəzair səfiri ilə görüşüb - FOTO25 / 10 / 2021, 17:43Şəhid Vüsal Babayevin anım mərasimi keçirilib - VİDEO25 / 10 / 2021, 17:41Baku Electronins 25-ci mağazasını açdı - FOTO25 / 10 / 2021, 17:29Azərbaycanın Vatikanda səfirliyi açılacaq25 / 10 / 2021, 17:20ANAMA bir həftə ərzində minadan təmizlənən sahəni açıqladı - STATİSTİKA25 / 10 / 2021, 17:11Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim edib25 / 10 / 2021, 17:08Azərbaycanın müstəqilliyinin bərpası ilə bağlı keçirilən mətbuat konfransı İtaliya mətbuatının diqqətində olub25 / 10 / 2021, 17:00Zakir Həsənov NATO nümayəndəsi ilə görüşüb25 / 10 / 2021, 16:57Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olub - FOTO - YENİLƏNİB25 / 10 / 2021, 16:52Ötən gün Azərbaycanda 366 nəfərə koronavirus əleyhinə vaksin vurulub - STATİSTİKA25 / 10 / 2021, 16:4225 oktyabra olan koronavirus STATİSTİKASI açıqlandı - FOTO25 / 10 / 2021, 16:36Prezident İlham Əliyev: Bu gün Qubadlının tarixində əlamətdar və tarixi bir gündür25 / 10 / 2021, 16:35Qubadlı şəhərinin Baş planının hazırlanması üçün 500 min manat ayrılıb25 / 10 / 2021, 16:24Dövlət başçısı Şavkat Mirziyoyevi yenidən Özbəkistan Prezidenti seçilməsi münasibətilə təbrik edib25 / 10 / 2021, 16:23
Bütün xəbərlər

Next TV