İŞİD Pakistanda həyata keçirilən teraktı öz üzərinə götürdü
Dünən Pakistanda 70 nəfərdən çox insanın həyatına son qoyan teraktı öz üzərinə İŞİD qruplaşması götürüb.
1news.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, terrorçu-kamikadze özünü Kvetta şəhərində Ədliyə nazirliyinin və polis əməkdaşlarının toplantısında partladıb.
Avqustun 8-i terakta görə məsuliyyəti öz üzərinə həmçinin “Taliban” qruplaşmasının Paksitan qolu olan “Camaat-Ur-Əhrar” götürüb.
“Biz bu hücumla bağlı məsuliyyəti öz üzərimizə götürürk və bu cür hadisələrin davam edəcəyinə söz veririk. Bu yaxınlarda bu məsələ ilə bağlı video hesabat buraxacayıq”, - deyə, terrorçu qruplaşmanın təmsilçisi Ehsanulla Ehsan bildirib.
1news.az
839