ru

Cəmiyyət

4 İyun saat 17:37

190 manat birdəfəlik ödəmə gündəmdə deyil – Nazirlər Kabineti

190 manat birdəfəlik ödəmə gündəmdə deyil – Nazirlər Kabineti

190 manat birdəfəlik ödəmə gündəmdə deyil.

1news.az-ın verdiyi xəbərə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı deyib ki, həftənin iş günlərində artıq insanlar çalışa bilir:

“Ən çox verilən suallardan biri 190 manatlıq sosial ödəmə ilə bağlıdır. Bu qərar iş yerlərinin uzunmüddətli bağlanmasına görə qəbul edilmişdi. Hazırda bütün iş yerləri fəaliyyəti göstərir. Ona görə də 190 manat ödəmənin verilməsi gündəmdə deyil. Məhdudiyyət yalnız həftə sonlarını əhatə edir, iş günlərini deyil”.

S.Xankişiyeva

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur