ru

Cəmiyyət

15 İyul saat 10:26

Aprel döyüşləri şəhidlərinin bacı və qardaşının toyu olub – FOTO – VİDEO

Aprel döyüşləri şəhidlərinin bacı və qardaşının toyu olub – FOTO – VİDEO

Bakıda aprel döyüşləri zamanı şəhid olmuş Nurəddin Mirzəyev qardaşı – Nəcməddin Mirzəyev və şəhid Rəşid Baxşəliyevin bacısı Gülzar Baxşəliyevanın toy mərasimi keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, toy mərasimində millət vəkilləri Adil Əliyev, Aydın Hüseynov, Beyləqan korpusunun komandir heyəti, qazilər və incəsənət xadimləri iştirak ediblər.

Həmçinini Nəcməddin Mirzəyevlə Gülzar Baxşəliyevanın bu şad günündə Zavir Nəcəfovun rəhbərliyi ilə “Suvarləzgi mahnı və rəqs ansamblı da möhtəşəm rəqs ifaları ilə təbrik ediblər.

Qonaqlara arasında Əməkdar artistlər Rafael İsgəndərovla Coşqun Rəhimov da olub.

Azərbaycan müdafiə naziri Zakir Həsənovun adından yeni ailə quranlara təbrik edilərək qiymətli hədiyyə verilib.

Tərcümə: S.Xankişiyeva

 

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur