ru

İdman

4 Noyabr saat 10:40

Atletimiz beynəlxalq turnirdə gümüş medal qazanıb

Atletimiz beynəlxalq turnirdə gümüş medal qazanıb

Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə nüfuzlu beynəlxalq “Alexander Cup” turniri keçirilir.

1news.az-ın Ağır Atletika Federasiyasına istinadən verdiyi xəbərə görə, Tokio Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizəyə qoşulub. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Bu gün atletimiz Nailxan Nəbiyev 96 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, toplam 326 kq (145+181) nəticə ilə gümüş medala sahib çıxıb.

1news.az

BÖLMƏDƏ YENİ

ƏN ÇOX OXUNANLAR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur