Bakı meri rəhbər şəxslərə xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı meri rəhbər şəxslərə xəbərdarlıq edib

10:44 - 23 / 01 / 2020
Bakı meri rəhbər şəxslərə xəbərdarlıq edib

Bakı Şəhər İcra Hakimiyyətində aparatın və struktura daxil təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə 2020-ci ildə iş, forma və metodlarına, eləcə də fəaliyyətdə aşkarlığın daha da artılılması məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. 

Qurumdan 1news.az-a verilən məlumata görə, müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının apardığı çoxşaxəli islahatların bir çox neqativ halların qarşısını aldığını və bu sahələrdə şəffaflığın təmin olunduğunu bildirib.

O, Prezident İlham Əliyevin rəhbər şəxslər qarşısında qoyduğu tələblərə toxunaraq bildirib ki, hər bir rəhbər işçi öz fəaliyyətində təmiz əllər və şəffaflıqla çalışmalıdır.

Struktura daxil olan xidmətlərin fəaliyyətindən danışan Eldar Əzizov qeyd edib ki, hər bir qurum xüsusilə maliyyə məsələlərinə çox ciddi yanaşmalı, ayrılan vəsaitlərdən səmərəli istifadə olunmalı, görülən işlər və xərclənən vəsait barədə məlumatlar mütəmadi olaraq kütləvi informasiya vasitəsi ilə ictimaiyyətə çatdırılmalıdır. 

S.Xankişiyeva

 

Paylaş:
1157

Son xəbərlər

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57
Bütün xəbərlər