Bütün dünya brendləri – Maleone multibrend butikində – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bütün dünya brendləri – Maleone multibrend butikində – FOTO – VİDEO

11:00 - 11 / 11 / 2019
Bütün dünya brendləri – Maleone multibrend butikində – FOTO – VİDEO

Hər birimiz bir gün möhtəşəm korporativə getmək üçün dəbdəbəli ziyafət geyimləri və libasları, dünya şou-biznes ulduzlarının geyindiyi gündəlik marka geyimlərini görmək, eyni zamanda gənc və perspektivli dizaynerlərin digərlərinə bənzəməyən yeni kolleksiyaları ilə tanış ola biləcəyimiz bir mağazada olmaq istərdik.

Bu, əsl qadın xəyalını - Maleone markasının və eyniadlı multibrend butikinin qurucuları Xədicə Camal və Nuray Camal bacıları gerçəkləşdirdilər. Dünyanın moda sənayesinin bu qədər möhtəşəm adını bir yerə toplamağı bacaran Camal bacıların incə zövqünə və bacarıqlı seçiminə yalnız heyran olmaq mümkündür.

Azərbaycanlı alıcılara çox da tanış olmayan brendlərdən başlayaq.

Beləliklə,

Zayan the Label (ZTL) 

Bu, Beyrutlu (Livan) dizayner Zayan Ghandour-dan kifayət qədər yeni qadın geyimləri və aksesuarları brendidir (BƏƏ). Markanın öhtəşəm debütü 2011-ci ildə Paris Moda Həftəsində baş tutmuşdur. Brend, ilk baxışdan, gözlənilməz dizayn elementləri ilə ahəngdar şəkildə birləşdirilmiş fərqli detallar və dekorativ naxışların istifadəsi ilə fərqlənir. Brendin yaradıcıları zamana tabe olmadıqlarını iddia edirlər: onlar tendensiyalarla ayaqlaşsalar da, bununla kifayətlənmək niyyətində deyillər. Geyim ilə yanaşı, brend hər mövsüm özünəməxsus parça və bəzək əşyaları təqdim edir.

Beyrutdan daha bir brend

Georges Hobeika 

Yaradıcısı Corc Hobeika, anasının yolunu davam etdirən  livanlı dizaynerdir: onun Livanda kiçik bir atelyesi vardır. Uşaqlıqdan gələcək peşəsinin əsaslarını öyrənən Corc daha çox bilik əldə etmək üçün Parisə getdi. Uğurlar dərhal  gənc Livanlının üzünə güldü: o, bir sıra sanballı moda evlərində, o cümlədən əfsanəvi Chanel-də işləməyə nail oldu.

1995-ci ildə Corc Beyruta qayıtdı və dərhal Livanda qısa müddət ərzində məşhurlaşan şəxsi brendini yaratdı. Altı il sonra, 2001-ci ildə Corc Hobeika  başqa bir məqsədlə - moda paytaxtını fəth etmək üçün Parisə qayıtmaq qərarına gəldi. Livanlı dizaynerin ilk nümayişi uğurlu oldu və bir neçə il sonra Corc fransız bomondu arasında çox məşhur bir dizayner oldu. 2010-cu ildə, burada, nüfuzlu Royal küçəsində öz şou-rumunu açmaq qərarına gəldi. Eyni zamanda, onun 150 sənətkardan ibarət əsas studiyası hələ də tarixi vətənində, Beyrutdadır.

Georges Hobeika markası bu gün nəfis geyimlərin üç əsas inkişaf edən xəttinə malikdir: Bridal, Signature və GH by Georges Hobeika

Alexis

Brend 2008-ci ildə Mayamidə  dizaynerlər Alexis və Ana Barbara tərəfindən yaradıldı. Bu ailə leyblı, universallıq, davamlılıq və göz oxşayan siluetləri birləşdirən incə dizayner modelləri yaratmaq yönündədir. Brendin estetikasının əsasını möhtəşəm printlər və tamamlanmış obraz yaradan zərif parçalar təşkil edir. Alexis zəriflik və xanım-xatınlıq axtaran qadınlar üçün yaradılmışdır.

Fausto Puglisi 

İtaliyalı dizayner Fausto Puglisi karyerasına Nyu Yorkdakı moda dünyasında başladı. Onun kolleksiyaları bir çox Hollivud ulduzunun diqqətini cəlb edir, çünki onlar qlamurluğu, şıqlığı və möhtəşəmliyi təcəssüm edir. Onun yaratdığı obraz pop mədəniyyətinin və klassik ənənələrin birləşməsidir. O, çox şeyi Siciliyada, neorealizm üslubunda olan İtalyan filmlərindən, Amerikanın selebriti sistemindən, Roma qladiatorlarından, müasir memarlıqdan və Aralıq dənizi barokko zənginliyindən götürür. Faustonun geyimlərinin gücə söykənən gözəllik idealı olduğunu söyləyə bilərik. Onun qladiator üslubundakı məftunedici obrazı Madonna tərəfindən 2012-ci ildə “Super Ball” şousunda təqdim edilmişdir. Bu gün onun istedadının pərəstişkarları arasında Anna Dello Russo, Cennifer Lopez, Beyons, Britni Spirs, Madonna və başqaları da var.

Vatanika

Vatanika Patamasingh, bu gün dünya moda sənayesində heç də sonuncu yerlərdə  olmayan müasir Tayland modasının yeni nəslinin nümayəndəsidir. Gənc dizayner Bangkokda anadan olub. Qız Londondakı Müqəddəs Martin İncəsənət və Dizayn Kollecini bitirib və məzun olduqdan sonra Taylanda qayıdaraq həmişə həvəskarı olduğu dəri çantaların məhdud kolleksiyasını yaratdı.

Vatanika brendi altında geyim xətti ilk dəfə 2011-ci ildə təqdim olundu. O, özündə gözəllik, praktiklik, funksionallıq və keyfiyyətli materialların müxtəlifliyini birləşdirirdi. Dizaynerin məqsədi qadınların özünü rahat, cəlbedici və xüsusi hiss etmələrini təmin etməkdir.

Bu gün Vatanika, Taylandın aparıcı dizaynerlərindən biridir və bununla yanaşı L'Oréal, Diageo və LVMH kimi markalarla əməkdaşlıq edir. Onun lukbukları tez-tez dünyanın məşhur jurnallarının səhifələrində əks olunur.

VİVETTA 

Vivetta Ponti öz eyniadlı markasını 2009-cu ildə yaratdı. Brendin estetikası - sürrealizmə və mücərrəd sənətkarlara həsr olunmuş vintaj geyimlərindən ilhamlanmış siluetlərdir. Vivetta qadın xəttində heç bir rəngin üstünlüyü yoxdur; həmçinin, dizayner parlaq printlər, zərif materiallar, dolğun rənglər, nəfis tikiş və mürəkkəb ornamentlər ilə də təcrübələr aparır.

A.L.C. 

Bu çox məşhur Amerikan dəbli geyim markasıdır. Məhz bu markaya Hollivud ulduzları və məşhurlar üstünlük verir. Brendin müəllifi Andrea Liberman, adını A.L.C şirkətinin adının baş hərfləri arxasında gizlətmişdir.

Bu gün Andrea Amerikanın ən hörmətli stilistlərindən biridir. 2009-cu ildə buraxılan ilk kolleksiya ilə o, dərhal ictimaiyyəti ovsunladı və Kult Dizayner titulunu qazandı. A.L.C. markası nəinki dərhal meqapopulyar oldu, həm də beynəlxalq səviyyəyə yüksəldi.

A.L.C. məhsulları mənalı siluetləri,  bahalı bəzəkləri,  düşünülmüş detalları  və çox keyfiyyətli perfomansı ilə fərqlənir. Yəni müasir, tərzli  bir qadın üçün lazım olan şeylərlə. Eyni zamanda, geyim şirkətin özünün bəzək və aksesuarları ilə tamamlana bilər.

Andrea Libermanın işlərini yalnız planetin ən nüfuzlu pərakəndə satış mağazalarının rəflərində deyil, həm də məşhur nəşrlərin üz qabığında da görmək mümkündür. Brendin pərəstişkarları arasında Gwen Stefani, Jay Law, Kristen Stewart, Elizabeth Moss və Shirley Manson var. Eyni zamanda, dizaynerin ilhamlandırıcısı məhz  Şirleydir.

Valdrin Sahiti

Serbiyadan olan bu dizayner hər bir qadının uşaqlıq arzusundakı ziyafət paltarlarını  yaradan əsl sehrbazdır. Bunlar xəyal edə biləcəyiniz ən möhtəşəm geyimlərdir. Gözəl fasonlar, bənzərsiz bəzək və dekorlar, kiçik parlaq daşlar, muncuqlarla bəzədilmiş gözəl tikişlər... Hər bir paltar uzunmüddətli, yaradıcı əl işinin nəticəsidir. Dizaynerin arzusu - müştərilərinin hər birini özünə həqiqi şahzadə kimi hiss etdirə bilməkdir. Və o, bunu möhtəşəm şəkildə yerinə yetirə bildi.

Zoë Jordan 

Formula-1 əfsanəsi olan Eddie Jordon-un qızı, hazırda məşhur London dizayneri Zoe Jordan öz moda markasını 2011-ci ildə yaratmışdır. Artıq 2013-cü ildə Jordan Britaniya Moda Şurasının Vogue Moda Fund Mükafatının qısa siyahısına daxil edilmişdir. Öz sözləri ilə desək, onun  işə yanaşması dəqiqdir: hər şey təmiz, asan və əngəlsiz olmalıdır. Daimi macəra mühitində, mühərriklərin uğultusu altında böyüyən qız, qəhrəmanı qismində enerjili, dəcəl, və eyni zamanda, dəbi sevən, dünyaya həqiqi maraqla baxan, daim səyahət edən bir qızı seçdi. Buna görə, Zoe Jordan geyimlərində qadınlıq elementləri oğlansayağı, minimalistik eynitonlu şeylər isə sport chic üslubunda əlvan modellərlə uzlaşır. Sviterlər, donlar və toplar aktiv və özgüvənli müasir gənc qadının qarderobuna asanlıqla uyğunlaşacaqdır.

Və nəhayət - moda kralı, Alman modelyeri, fotoqraf, kolleksiyaçı və naşir

Karl Lagerfeld 

Ölümünə qədər Karl Lagerfeld, ömürlük müqavilə bağladığı  Fendi İtalyan moda evinin və Fransız Chanel-inin əvəzsiz baş dizayneri olmuşdur; 1966-1983 və 1992-1997-ci illərdə o, həmçinin,  Chloé üçün də kolleksiyalar yaratmışdır. Eyni zamanda, 1984-cü ildə öz moda evini də yaratmışdır. Əfsanəvi dizaynerin kolleksiyaları klassik nümunələr və rok-en-roll əhval-ruhiyyəsindədir. Onun brendi müasir qarderobun əsasını təşkil edir. Maestronun özünün dediyinə görə, "Moda ciddiyə alınması lazım olan bir oyundur." Bu böyük Ustadın yaradıcılığını sözlərlə təsvir etmək mümkün deyil; bunu görmək, almaq və mütləq geyinmək lazımdır.

Gördüyünüz kimi, biz haqlı idik: reallıqda bir nağıl yaratmaq mümkündür; bunun üçün  yalnız Maleone multibrend butikini ziyarət etmək kifayətdir. Çünki seçim nə qədər zəngin olsa da, Azərbaycanda təmsil olunan bir çox eksklüziv markaları eyni məkanda tapmaq üçün başqa alternativiniz yoxdur.

Maleone Concept Store

Ünvan: Köykəb Səfərəliyeva küçəsi, 12

Tel: (012) 511 81 88; (050) 511 81 88;

Sosial şəbəkələr:

https://www.instagram.com/maleone_azerbaijan/

https://www.facebook.com/maleoneazerbaijan/

---

© Advance.Az - KIV-də irəliləmə

Reklam hüququnda

 

 

Paylaş:
3018

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər