ru

Cəmiyyət

16 Dekabr saat 09:39

EHTİYATLI OLUN: Fırıldaqçıların yeni üsulu – VİDEO

EHTİYATLI OLUN: Fırıldaqçıların yeni üsulu  – VİDEO

Fırıldaqçıların yeni üsulu  – VİDEO

Fırıldaqçılar yeni üsula əl atıblar. Vətəndaşlara zəng edərək "Pensiyanız artıb. Artan məbləği balansınıza yükləmək üçün şəxsiyyət vəsiqəsi və kart məlumatlarınızı bizə göndərin" deyiblər.

1news.az-ın Xəzər TV-yə istinadla verdiyi xəbərə görə, belə bir hadisə paytaxt sakini Validə Əşrəfovanın başına gəlib.

Fırıldaqçılar yaşlı qadının pensiya kartından pul çəkmək isyətiyiblər. Yaşlı qadının qızının ayıqlığı bu cəhdin qarşısını alıb.

Hadisə Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbə sakini Validə Əşrəfovanın anasının başına gəlib. Validə Əşrəfova deyir ki, dünən tanımaqdıqları nömrədən ev telefonlarına zəng gəlib.

Bildirilib ki, pensiyalar 40 manat artıb. Artan məbləği karta yükləmək üçün yaşlı qadından lazımi məlumatları tələb ediblər.

Validə Əşrəfova bununla bağlı Dövlət Sosial Müdafiə fonduna zəng edib. Bildirilib ki, artımla bağlı heç bir vətəndaşın evinə zəng edilmir.

Biz də həmin şəxsin mobil nömrəsi ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz nəticəsiz qaldı.

Artıq Validə Əşrəfova məsələ ilə bağlı Suraxanı rayon 31-ci polis bölməsinə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

 

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur