Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən Qırğızıstan KİV-lərinə hücum ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən Qırğızıstan KİV-lərinə hücum ediblər

18:54 - 19 / 09 / 2020
Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən Qırğızıstan KİV-lərinə hücum ediblər

Erməni hakerlər Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun araşdırmalarını rus dilində dərc edən Qırğızıstanın kütləvi informasiya vasitələrinə (KİV) hücum ediblər.

Tarix İnstitutundan 1news.az-a bildirilib ki, bu barədə “Dünya azərbaycanlıları və digər türkdilli xalqların ittifaqı”nın və “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu”nun prezidenti Nüsrət Məmmədov məlumat verib.

Nüsrət Məmmədov Mərkəzi Asiya respublikalarında Azərbaycan həqiqətlərinin yayılmasında mühüm rol oynayır və o, Tarix İnstitutu alimlərinin erməni saxtakarlarını ifşa edən fundamental araşdırmalarının Qırğızıstanda fəaliyyət göstərən turktoday.info və nazarnews.org saytlarında dərcinə yardım edir. İnstitut alimlərinin Qırğızıstandakı saytlarda indiyədək bu məqalələri dərc edilib: “Ermənilərin Qacarlar İranından Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix”, “Ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “İrəvan və ətrafındakı Azərbaycan torpaqları ermənilərə hansı şərtlərlə verilib?”, “Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər”, “Real tarix və “böyük Ermənistan” uydurması”. Azərbaycan alimlərinin arxiv sənədlərinə əsaslanan məqalələri erməni millətçilərində ciddi narahatlıq doğurub. Ona görə də erməni hakerlər Qırğızıstan KİV-lərinə bir neçə dəfə hücum edərək, onları dağıdıblar. Hazırda isə N.Məmmədovun ciddi səyləri nəticəsində bu saytlar bərpa olunub və yenidən fəaliyyətə başlayıb.

Xatırladaq ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Türkdilli dövlətlərin siyasətinə dəstək fondu” tərəfindən Tarix İnstitutu alimlərinin “Ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər tarixi faktlarla” və “Azərbaycan XVIII-XIX əsrlərdə” kimi fundamental tədqiqatları (rus dilində) nəşr olunub.

Qafar Ağayev

Paylaş:
779

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər