Həbs edilənlərdən biri Safuranın atası imiş - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Həbs edilənlərdən biri Safuranın atası imiş - FOTO

16:45 - 06 / 07 / 2020
Həbs edilənlərdən biri Safuranın atası imiş - FOTO

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyatın nəticəsində nazirliyin 3 vəzifəli şəxsi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

1news.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlardan biri - Səlim Əlizadə "Eurovision" mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atasıdır.

O,  vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir. 

Xatırladaq ki, Safura Əlizadə mərhum Sənaye və Energetika naziri Natiq Əliyevin gəlinidir.

1news.az

Paylaş:
1005

Son xəbərlər

Bütün xəbərlər