Hər şey Vətən üçün! Vüqar Sədibəylinin hekayəsi | 1news.az | Xəbərlər
Cəmiyyət

Hər şey Vətən üçün! Vüqar Sədibəylinin hekayəsi

12:05 - 27 / 11 / 2020
Hər şey Vətən üçün! Vüqar Sədibəylinin hekayəsi

Sentyabrın 27-də Azərbaycan ordusu ərazilərimizin erməni işğalından azad edilməsi üçün əks-hücum əməliyyatına başladı və bu əməliyyat Azərbaycanın tarixi qələbəsi və ölkənin ərazi bütövlüyünün bərpası ilə uğurla başa çatdı.

Vətən müharibəsi 44 gün davam etdi və bütün bu müddət ərzində Vüqar Sədibəyli, bacardığı qədər, Azərbaycana şanlı qələbə qazandıran igid Azərbaycan ordusuna kömək etdi.

Baş verənlərin bütün məsuliyyətini və əhəmiyyətini hiss edərək, Vüqar Sədibəyli evini satdı və əldə etdiyi bütün vəsaiti Azərbaycan ordusunun ehtiyaclarına yönəltdi - beləliklə, ölkə üçün belə vacib bir tarixi məqamda Azərbaycan ordusuna dəstək olaraq, Vətən qarşısındakı vətəndaşlıq borcunu yerinə yetirdi. Ümumiyyətlə, bu dövrdə, Vətən və Azərbaycan ordusu naminə xoş işlərə 200.000 AZN xərclədi.

Evin satışından əldə olunan vəsait ilə V.Sədibəyli Bərdə və Ağdamdakı hərbi hospitallar üçün portativ rentgen aparatı, cərrahi avadanlıq və müxtəlif tibbi ləvazimatlar əldə etdi.

44 gün ərzində cəbhənin müxtəlif istiqamətlərinə isti paltar, siqaret, meyvə, su, qida, papaq, corab, hərbi çadır və ilk tibbi yardım ləvazimatları ilə 10 yük maşını göndərildi.

Vüqar Sədibəyli onlarla ehtiyacı olan hərbçi və şəhid ailəsinə maddi yardım göstərdi, bir milli qəhrəmanın ailəsinin yaşayış şəraitini yaxşılaşdırdı və ailə üzvlərindən birini iş ilə təmin etdi. Həmçinin Vətən müharibəsi dövründə döyüşlərdə xüsusilə fərqlənən hərbçiyə maşın bağışladı və xeyriyyəçilik fəaliyyətini davam etdirmək niyyətindədir.

Vüqar Sədibəylinin nəcib əməli Vətənə səmimi, sadiq və həqiqi sevginin parlaq nümunəsidir!

Paylaş:
3052

Son xəbərlər

“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38
Bütün xəbərlər