İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib – FOTO – YENİLƏNİB

17:00 - 13 / 11 / 2019
İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Xoş gəlmisiniz Azərbaycana, sizi səmimiyyətlə salamlayıram. Zirvə görüşündə iştirak etməyiniz bizi çox məmnun edir, şadam ki, ölkəniz bu tədbirdə yüksək səviyyədə təmsil olunur. Əlbəttə, səfəriniz yaxşı imkan yaradır ki, biz ikitərəfli münasibətlər haqqında danışaq. Bizim ikitərəfli münasibətlərimiz də uğurlu inkişaf edir və bir çox sahələri əhatə edir. Sizin ölkəniz bu yaxınlarda Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə Görüşündə yüksək səviyyədə təmsil olunmuşdur və Yekun Bəyannamənin qəbul edilməsində də ölkənizin mövqeyini biz yüksək qiymətləndiririk. Bildiyiniz kimi, növbəti üç il ərzində Azərbaycan bu Hərəkata sədrlik edəcək və bu məsələyə çox böyük məsuliyyətlə yanaşırıq.

İqtisadi sahədə əlaqələrimizə gəldikdə, deyə bilərəm ki, bu sahədə çox böyük potensial var. Yaxşı siyasi əlaqələrimizi nəzərə alaraq, hesab edirəm, iqtisadi sahədə biznes qurumlarına biz çox ciddi siqnal verməliyik ki, onlar öz fəaliyyətini bir az da genişləndirsinlər. Şadam ki, turizm sahəsində də yaxşı irəliləyiş var, həm Azərbaycan turistləri ölkənizi ziyarət edirlər, həm də ki, Misirdən gələn qonaqların sayı artmaqdadır. Təbii ki, parlamentlərarası əlaqələrə də böyük əhəmiyyət verilir. Əminəm ki, səfər zamanı bu əlaqələrə yeni təkan veriləcək.

Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-ŞƏRİF dedi:

-Bismillahir rəhmanir rəhim. Möhtərəm cənab Prezident, icazə verin, əvvəlcə vaxt tapıb bizi qəbul etdiyinizə görə Sizə şəxsən öz adımdan və həmkarlarım adından təşəkkürümüzü bildirim. Azərbaycan xalqına qonaqpərvərliyə və istiqanlılığa görə dərin təşəkkürümüzü bildiririk. İcazə verin, Misir Ərəb Respublikasının Prezidenti cənab Əbdülfəttah əs-Sisinin şəxsən öz adından və Misir xalqı adından Sizə və Azərbaycan xalqına ehtiramını və dərin təşəkkürünü çatdırım. Şəxsən öz adımdan bildirmək istəyirəm, mən çox xoşbəxt insanam ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyevlə Misirdə görüşmüşəm. Bu gün də çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşürəm. Əlbəttə ki, son illər Azərbaycanın bütün sahələrdə, istər iqtisadi, istər infrastruktur, istərsə də bütün sahələrin inkişafı baxımından əldə etdiyi nailiyyətlər digər dünya dövlətlərinə bir nümunədir.

X X X

Prezident İlham Əliyev onun da salamlarını Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə çatdırmağı xahiş etdi.

Misirin Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərif bildirdi ki, ölkəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

15.10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.                           

S.Xankişiyeva

Paylaş:
396

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər