Yaponiyada güclü zəlzələ baş verdi | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada güclü zəlzələ baş verdi

Oksana Orucova10:53 - Bu gün
Yaponiyada güclü zəlzələ baş verdi

Yaponiyanın Okinava prefekturasında, Yonaguni adası sahillərində 6 maqnitudalı zəlzələ baş verib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, zəlzələnin episentri Yonaguni adası yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib.

Yerli vaxtla saat 14:00-da qeydə alınan zəlzələ Okinavanın müxtəlif ərazilərində güclü hiss olunub və qısa müddətlik təşvişə səbəb olub.

Zəlzələdən sonra dəniz səviyyəsində müəyyən dəyişikliklərin baş verə biləcəyi bildirilsə də, sunami təhlükəsinin olmadığı açıqlanıb.

Hazırda zəlzələnin yaratdığı mümkün fəsadlarla bağlı əlavə məlumat verilmir.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər