ru

Rəsmi

15 Oktyabr saat 11:51

İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı verib

İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş Naziri Şinzo Abeyə başsağlığı məktubu ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, başsağlığında deyilir: "Hörmətli cənab Baş Nazir,

Ölkənizdə baş vermiş “Hagibis” tufanı nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

S.Xankişiyeva

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur