Misir Tutanxamonun büstünə görə İnterpola müraciət etdi | 1news.az | Xəbərlər
Dünya

Misir Tutanxamonun büstünə görə İnterpola müraciət etdi

16:18 - 11 / 07 / 2019
Misir Tutanxamonun büstünə görə İnterpola müraciət etdi

Misir hakimiyyəti ötən həftə Londonda 4 milyon 746 min funt-sterlinqə (təxminən 6 milyon dollar) satılmış firon Tutanxamonun qədim daş büstünün yerinin müəyyən olunması üçün İnterpol qarşısında məsələ qaldırıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, hərrac iyulun 4-də "Christie's" satış evi tərəfindən keçirilib. Bu, vaxtilə xarici arxeoloqlar tərəfindən qanunsuz olaraq ölkədən çıxarılan tarixi abidələrin geri qaytarılmasını tələb edən Misir tərəfinin narazılığına səbəb olub.

Misir prokurorluğu Qədim Abidələrin Repatriasiyası üzrə Milli Komitənin tələbi ilə lazımi sənədləri olmayan belə əşyaların yerinin müəyyən edilməsinə order verməsi üçün İnterpola müraciət edib.

Tutanxamon Misiri eramızdan əvvəl 1332-1323-cü illərdə idarə edib. Onun sərdabası 1922-ci ildə britaniyalı arxeoloqlar tərəfindən aşkarlanan vaxta qədər toxunulmaz qalıb. Sərdabanın aşkarlanması XX əsrin ən böyük arxeoloji tapıntısı sayılır.

Qeyd edək ki, 1983-cü ildə Misirdə qədim əşyaların xaricə çıxarılması qadağan edilib.

1news.az

Paylaş:
2924

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər